Gülər Əhmədovadan atmacalı açıqlama: "Özümə qarşı qisasçılıq gördüm..."

img

07-09-2015 [11:09]


"Noyabr ayında keçiriləcək parlament seçkilərində iştirak etmək üçün namizədliyimi verməmişəm. Bir sözlə, deputat olmaq üçün seçkilərə qatılmayacam”.

Mia.az xəbər verir ki, bunu Modern.az saytına açıqlamasında sabiq deputat Gülər Əhmədova deyib.

O, parlamentdə təmsil olunan deputatların yaş fərqilə bağlı səslənən məsələyə də münasibət bildirib: "Düşünürəm ki, parlamentdə təmsil olunan insanların istər gənc, istərsə də yaşlı olmasının o qədər də önəmi yoxdur. Parlamentdə təmsil olunan dəyərli şəxslərin gənc, yaxud da yaşlı olması diqqət çəkməməlidir. Əsas meyar intellektli olmaq və vətənə, dövlətçiliyə bağlılıqdır”.

Gülər Əhmədova vaxtilə haqqında mətbuatda yazılanlar barədə də danışıb: 

"Deputat olduğum dönəmlərdə həmişə jurnalistləri özümə dost hesab etmişəm. Lakin həyatımın məsuliyyətli dövründə jurnalistlərdən özümə qarşı qisasçılıq gördüm. Əlbəttə ki, bu, bütün jurnalistlərə aid deyil. Artıq bunların hamısı tarixdir. Bu barədə danışmağa dəyməz. Əsas olan odur ki, dövlətimiz, müstəqilliyimiz var olsun!. Bu qədər!”. 

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA