XİN-dən Həsənovun əməlləri barədə - Açıqlama

img

07-09-2015 [09:34]


"Azərbaycan Avstraliyadakı səfirliyinin keçmiş əməkdaşı Anar Həsənov adlı şəxs tərəfindən KİV-ə ünvanlanmış məktub təxribat, böhtan və təhqir xarakterlidir”. 

Bunu  Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib.

H. Hacıyev bildirib ki, A. Həsənov Avstraliyadakı səfirliyin əməkdaşı olaraq, fəaliyyəti müddətində "Diplomatik xidmət haqqında” qanun, "XİN haqqında” Əsasnamənin müddəalarını və əmək müqaviləsini kobud şəkildə pozduğuna və ciddi xidməti qüsurlara yol verdiyinə görə tutduğu vəzifədən azad edilib və uzunmüddətli ezamiyyətdən geri çağırılıb.

"Bir müddət əvvəl Azərbaycanın Rumıniyadakı səfirliyində çalışdığı müddətdə də Anar Həsənovun xidməti qüsurlara yol verdiyi müəyyən edilmiş, o uzunmüddətli xidməti ezamiyyətdən vaxtından əvvəl geri çağırılmış və barəsində intizam tədbirləri görülmüşdü” deyə, H. Hacıyev qeyd edib.

Mətbuat katibi qeyd edir ki, A. Həsənovun "xidməti xarakter daşıyan bir sıra sənədləri KİV-ə ötürməsi növbəti ciddi qanun pozuntusu və məsuliyyətsiz davranışın nümunəsidir”: 

" Xarici İşlər Nazirliyi sistemi dövlət qulluğunun xüsusi formasıdır və fəaliyyətində qüsurlara yol verən şəxslərə qarşı ciddi tədbirlər görülür”. (Qafqazinfo)


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA