04-09-2015 [16:12]
Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev tariximizlə bağlı suallarını cavablanıdırır.
- Bəzi siyasətçilər efirlərdə, mətbuatda tarixi şəxsiyyətlərimiz – Babək, Xətai, Nadir şah və digəriləri haqqında onları tənqid edən fikirlər səsləndirirlər. Buna necə baxırsınız, onlar tarixi şəxsiyyətlərimizi ittiham etməklə doğrumu hərəkət edirlər?
- Qətiyyən. Mən bilirəm hansı məsələ barəsində deyirsiniz. Həmin insanlar istəyirlər ki, adını çəkdiyiniz o tarixi şəxsiyyətlərimizi özləri bilən səviyyədə təqdim etsinlər. Onları ittiham edən adamların özləri o tarixi hez düz-əməlli oxumayıblar, bəlkə də onların fəaliyyətlərinin nədən ibarət olduğunu da dəqiq bilmirlər...
Bu gün ölkədə bir qrup adını sədr qoyan siyasi alverçilər yetişib. Yəni, o adamlar çörəklərini burdan qazanırlar. Onları da yaxşı tanıyırıq. Bunlar hər zaman başlarından yekə danışırlar, boylarından ucaya tullanmağa cəhd edirlər. Həmin bu insanlar efirlərdən Babək, Xətai və digər sərkərdələrimiz haqqında olmazın sözlər deyib, onların xidmətlərini danırlar. Bu kimi insanlar var və ən qəribəsi də odur ki, onlar özlərini hamıdan ağıllı hesab edirlər. İnan ki, onlar bədbəxt adamlardırlar.
Yeri gəlmişkən, bəzi "siyasətçilər” durub Azərbaycanın müstəqilliyini başqa fonda yozmağa cəhd edirlər. Belə olanda da düşmən bunların bu sözlərindən tutub üstümüzə gəlir. Yəni, düşmənin əlinə "kozır” verirlər. Ancaq biz deyəndə ki, Azərbaycan dövləti əsrlərdir var və bu dövlətin də qəhrəman sərkərdələri, siyasi xadimləri olub. Bütün bunları ortaya qoyanda əlbəttə ki, düşmən susub öz qınına çəkilər. Yəni, bir sözlə, düşmənin əlinə fürsət vermək olmaz. Bütün bunları edənlər də dünən meydana çıxmış uşaqlardır.
Onlara sual vermək lazımdır ki, sən bu ölkə üçün nə edibsən? Bəzən mənə sual verirlər ki, "Hafiz Hacıyev, sən kim olubsan?” Mən də deyirəm ki, nazir olmuşam, 55 ton qara kürü istehsal edib Azərbaycanı dünyada tanıtmışam. Yeri gəlmişkən qeyd edim ki, Azərbaycan tarixində ilk və son dəfə o qədər kürü istehsal edilib. Azərbaycanın bayrağını Vaşinqtonda Şarlton otelində ilk dəfə mən qaldırtmışam, Hafiz müəllim Paşayev şahiddir, o dövrdə bizim Amerikada səfir idi. BMT-də ilk dəfə çıxış edənlərdən biri mən olmuşam. Bax, Hafiz Hacıyev bu adamdır. Bəs bizim görkəmli tarixi şəxsiyyətlərimizə, şairlərimizə böhtan, şər atanlar kim olub? Heç kim! Onların tarixini gözəl bilirik. Heç kim bilməsə də, Hafiz Hacıyev çox şey bilir. Ad çəkmirəm, onların bəziləri yüz yerə işləyib, siyasətçiləri aldadıb, pulunu yeyən insanlardır. Yəni, bu kimi insanların ağzından vurmaq lazımdır ki, yerlərində otursunlar. Əgər biz bunları yerlərində oturtmasaq, Azərbaycana çox ziyan vuracaqlar. Hamını dana-dana gedək, bəs bizim tariximizdə istinad etmək üçün sağlam yerimiz yoxdurmu?!
- Bunlara gərək varmı?
- Bilirsiz necədir, bunlar bu hərəkətləri etməklə yaltaqlanırlar. Yəni, o adamların da çörəyi ondan çıxır, qınamağa dəyməz...
Bu gün telekanallarımız da mövzu tapmır, oradakı aparıcılar da heç bilmirlər nə danışırlar. Çıxarırlar efirə iki-üç nəfəri və Babəki, Səməd Vurğunu, keçmişdə xidməti olan şəxsiyyətləri müzakirə edirlər. Bir soruşan gərəkdir ki, sən kimsən onlar haqda bu formada danışırsan?! Keçmişə xələl gətirməyə gərək yoxdur. O bizim keçmişimizdir. Babəkin, Xətainin xidmətlərini danmaq Azərbaycanın tarixini, dövlətçiliyini danmaqdır. Amma bu adamlar bunu etməklə neyləmək istəyirlər, anlamaq olmur. Belə konfliktlərə qoşulmaq istəmirəm. Torpaqlarımızın iyirmi faizi işğal altındadır, düşmənlərimiz çoxdur. Buna görə də gəlin, heç olmasa, tarixi şəxsiyyətlərimizə hörmətlə yanaşaq, onları yaşadıb, gələcək nəsillərə ötürək.
- Bəzi elm və siyasət adamlarımız Nəriman Nərimanovu da qaralayıblar. Onlar iddia edirlər ki, Nəriman Nərimanovun Azərbaycan Demokratik Cümhuriyyətinin yıxılmasında rolu var. Siz necə düşünürsünüz?
- 1990-cı ildə Azərbaycana rus qoşunlarını dəvət edən insanlar bu gün böyük vəzifələrdədir. Deməli, bunu onlardan məcburən tələb ediblər ki, sən teleqram vur, mən də qoşun göndərim 20 Yanvarda milləti qırsın. Axı, Nəriman Nərimanov bunu etmədi. Özü də ətrafında qeyri millətdən olan vəzifəlilər çox idi. Bunların içərisində Azərbaycan üçün böyük işlər görüb Nəriman Nərimanov. Çoxlarımıza məlumdur, Moskva ilə qırğına çıxıb, Azərbaycanın torpaqlarını Ermənistana verilməsinin əleyhinə olub. Bunları bilməyən adamlar indi niyə böyük-böyük danışırlar? O adamlar Nəriman Nərimanovun etdiklərinin bir faizini edə bilərlərmi? Dil pəhləvanı yox, əməl qəhrəmanı olmaq lazımdır.
Bu adamlar sabah Elçibəydən tutmuş Heydər Əliyevə qədər olan Azərbaycan tarixini də danacaqlar...
![]()
- Mircəfər Bağırova da münasibət o qədər yaxşı deyil. Bəzilər onu "cəllad”, digəriləri də elə bir çətin dönəmdə Mircəfər Bağırovun Azərbaycan üçün etdiyi xidmətlərdən danışaraq onu qəhrəman adlandırırlar. Mircəfər Bağırov kim idi?
- Mircəfər Bağırovun misilsiz xidmətləri olub Azərbaycan üçün. Bunu niyə qiymətləndirmirik? Bu adamlar sabah Elçibəydən tutmuş Heydər Əliyevə qədər olan Azərbaycan tarixini də danacaqlar. Xatırlayırsınızsa o vaxt Ensiklopediyanın yazılışında bir yanlışlığa yol verilmişdi. İlham Əliyev müzakirələrdə dedi ki, hələ mən burda oturmuşam siz belə edirsiniz, burda oturmasam nələr olar. Və enisklopediyanın baş direktorunu da vəzifədən kənarlaşdırdı – çox düzgün etdi. Siz baxın, Nərimanovların, Bağırovların xidmətlərini danan insanlar, sabah Elçibəyin, Heydər Əliyev və İlham Əliyevin də xidmətlərini danacaqlar.
Əmim Bağırovun vaxtında katib işləyib. Sonralar əmim bizə Bağırovun Azərbaycan üçün gördüyü işlərdən, xidmətlərindən danışırdı. Səhfsiz insan yoxdur. Ancaq, həqiqətləri də demək lazımdır.
- Dəyərlərimizə sahib çıxmaq lazımdır...
- Ermənilər deyir Koroğlu bizimdir. Farslar deyir Babək bizimdir... Biz öz qəhərmanlarımıza sahib çıxmadıqca, başqa millətlər sahib çıxmağa çalışacaqlar. Odur ki, keçmişi təhftiş etməkdənsə, dəyərlərimizə sahib çıxaq. Babəki, Xətaini, Nərimanovu və s. şəxsiyyətlərimizi qaralamaqla nəyə, kimə xidmət etmək istəyirlər. Onlar bu hərəkətləri ilə düşmənlərimizə "pas” ötürürlər. Niyə bir çox dünya dövlətlərində ölkəyə rəhbərlik etmiş şəxslərə abidə ucaldılır. Gəlin baxaq, bizdə necədir? Elə qaralamaqla məşğuluq. Yaxşı, bəs kim yaxşıdır? Hamının üstündən xətt çəkmək olmaz ki? Bu məsələrdə televiziyalarımız da çox zəif iştirak edir. Niyə efirlərdə tarixi şəxsiyyətlərimizə aid sənədli filmlər göstərilmir, niyə onların qəhrəmanlıqları təbliğ olunmur? Ona görə də milli ruhda gənclik zəifdir, azdır. Rəqsanənin qızı deyib ki, ayda 60 min xərcləyirəm. Ondan soruşmaq lazımdır ki, hardan alırsan o qədər pulu. Ancaq elə gənclər var ki, 6 manat tapmır ki, özünə bir şey alsın. Bunu görən gənclər də ruhdan düşür, əlləri soyuyur hər şeydən. Belə ucuz verilişlərin yerinə vətənpərvərlik ruhunu qaldıran verilişlər verilsə pismi olar? Ancaq heyif ki, verilmir.
- Səfəvi və Osmanlı... Hər ikisi də güclü Türk dövləti idi. Amma çox vaxt bir-biri ilə çəkişiblər. Bunlar güclərini birləşdirsəydilər, qarşılarında durmaq mümkün olmazdı. Sizcə niyə birləşə bilmədilər?
- Siz çox uzağa getdiniz... Ona görə birləşə bilmədik ki, bizlərdə bir daxili eqoizm var. Bunun görə də hər zaman itirə-itirə gəlmişik. Neçə ildir Qarabağ məsələsi öz həllini gözləyir. Bir çox dövlətlər bizdən hər şey tələb edirlər, "bunu belə edin”, "onu elə edin” kimi. Ancaq bu dövlətlərindən biri cəsarət edib çıxıb deyə bilmir ki, Dağlıq Qarabağ sizindir, gəlin torpaqlarınızı qaytarıb verək özünüzə. Deməli, burada başqa əllər var. Tarix boyu, heç kim istəməyib ki, Türk dünyası birləşsin...
- Səfəvi-Osmanlı dan sonrakı tarixlərə nəzər salsaq...
"Gözləmədiyimiz oyun oldu"- "Beşiktaş"ın Baş məşqçisi "20 milyon avrodan ucuz futbolçu tapa bilmirik" deyir
ABŞ Suriyadakı İŞİD-çiləri ölkədən çıxarır? - FOTOLAR
"XƏYAL QURMAYAQ, ABŞ-ın NÜVƏ ÇƏTİRİNİ DƏ İTİRƏRİK" - NATO Baş katibi Avropa liderlərinə açıq tribunadan elə mesaj verdi ki...
Söyüşə görə TV-dən qovulan tanınmış jurnalistin yeni iş yeri bəlli oldu: "Həyəcanlıyam"
Qvardiola "Qalatasaray"la oyunla balı azarkeşlərə səsləndi: "Dəstəyinizə ehtiyacımız var"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Daha bir "TikToker" həbs edildi
Space TV-də gərginlik - "Götürmür, cəhənnəmə götürsün" (VİDEO)
Bakıda qadın iki uşağını gözəllik salonunda qoyaraq gedib
Nigeriya prezidenti Ankaraya gəlir
“Qadın Dəstək Xətti”nə müraciətlərin sayı 2,5 dəfə artıb
İnternetdə fahişəliklə məşğul olmağa açıq çağırış... - Onları 500 manat cərimə gözləyir
AGENTLİKDƏ YEYİNTİYLƏ BAĞLI KOMPROMAT: Zaur Mikayılovun məmur qardaşı ilə bağlı əmrinin görünməyən tərəfləri...
Narkotik testi pozitiv çıxdı, "Təşkilat"dan uzaqlaşdırıldı
Sosial şəbəkələrdə qanunu pozan paylaşımlar... - Prezident cəza hallarını təsdiqlədi
Elektron siqaretlərlə bağlı qadağa təsdiqlənib
Kənd təsərrüfatı nazirinin müavinlərinin sayı artırılıb
Rəsmi Tehran müharibəyə hazırlaşır: "Ölkəmizə istənilən hücuma o qədər sərt cavab verəcək ki..."
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Rusiya Suriyadan çıxır, yoxsa...? - FOTOLAR
İsa Həbibbəyli istefa ərizəsi yazıb? - AMEA-dan xəbərə reaksiya
Vəkil adından qanunsuz istifadə edənlər cərimələnəcək - Dəyişiklik
Dövlət teatrlarında gözlənilməz ixtisar - Bu vəzifələr ləğv edildi
Prezident İlham Əliyev fərman imzaladı
BU SAHƏDƏ CƏRİMƏLƏR ARTDI: kənd əhalisinə xəbərdarlıq - Prezident dəyişikliyi təsdiqlədi
Prezident dövlət qulluğu ilə bağlı qanuna dəyişikliyi təsdiqləyib
Prezident Vergi Məcəlləsinə dəyişikliyi təsdiqlədi - DETALLAR
Kamran Əliyev Manamada işgüzar səfərdə olub
Vilayət Eyvazov Qəbələdə vətəndaşları qəbul edəcək
Tağı İbrahimov yenidn hakim qarşısına çıxarıldı
Gəncədə 17 yaşlı oğlan qəfil ölüb
Bakıda kuryoz hadisə: Oğurladıqlarını bölə bilmədilər və...
"Şalke" Dzeko və Kənanın qolları ilə qalib gəldi
İKİ ÖLKƏ İRANA HÜCUMA YAŞIL İŞIQ YANDIRDI - Nə gözlənilir? (TƏHLİL)
Amnistiya aktı: 12 mindən çox şəxsə tətbiq olunub
HAKAN FİDAN AVROPYA ELƏ MEYDAN OXUDU Kİ... - "Gün gələcək özünüz bizə yalvaracaqsınız, o zaman..."
Yeni sədr köməkçisi ilə də yollarını ayırıb
İsrail XİN başçısı Bakıda: "Prezident İlham Əliyevin müdrik siyasəti olmasaydı..." - "İran heç bir şərtlə nüvə silahına sahib olmamalıdır" (YENİLƏNİB)
İcra Hakimiyyətində dəyişiklik: kimlər getdi, kimlər qaldı?
"Bursaspor"un Baş məşqçisi yenə dəyişib
Azərbaycan və İsrail XİN başçıları görüşüb - FOTO (Yenilənib)