04-09-2015 [13:18]
Parlament seçkiləri yaxınlaşdıqca müxtəlif partiyaların nümayəndələri və bitərəflər öz namizədliklərini irəli sürürlər.
Hafiz Hacıyev və onun rəhbərlik etdiyi Müasir Müsavat Partiyasının (MMP) isə seçkilərdə iştirak edib etməyəcəyi hələ bəlli deyil.
Reaksiya.az bu informasiyanı dəqiqləşdirmək üçün MMP-nin sədri Hafiz Hacıyevlə əlaqə saxlayıb.
O, noyabrda keçiriləcək parlament seçkilərində iştirak etmək istəyən partiya üzvlərinin çox olduğunu bildirib: "Bəziləri hesab edir ki, illərdir keçirilən bütün seçkilərdə iştirak edirik, amma bir dəfə də olsun, partiyanın namizədlərindən deputat mandatı alan olmayıb”.
Hafiz Hacıyev mətbuatda səsləndirdiyi "Prezident İlham Əliyevin ətrafında xəyanətkar insanların sayı çoxdur" fikrinə də aydınlıq gətirib: "Təbii mənim kimləri dediyimi, kimləri nəzərdə tutduğumu hamı çox gözəl bilir. Və bu yönümdə müəyyən işlər görülməyə başlanıb, bəzi məmurlar müəyyən sahələrdən təcrid edilib. Yəni mətbuatda ad çəkmirəmsə, bu o demək deyil ki, mən heç bir şey çatdırmıram. Çatdırıram, özünüz də görürsünüz, son günlər bəzi nazirlərin səlahiyyətləri əllərindən alınır, müəyyən işlər görülür. Bunların hamısında biz həmişə fəal olmuşuq, dövlətin, dövlətçiliyin və dövlət başçısının yanında olmuşuq. Kimlərsə düşünürsə ki, biz elə müsahibə verməklə məşğuluq, yanlış fikirləşirlər".
Hər çıxışı ajiotaja səbəb olan partiya sədri "Əkrəm Əylislinin qulağını kəsmək lazımdır”, "Şortik geyinənlərin ayağına kislota tokülməlidir”, "Prezidentə uzanan əlləri kəsəcəm”, "Özümü partladacam” və digər bu tipli fikirləri deyib sonra əməl etməməsinin ona olan inamı azaltmadığını bildirib: "Əkrəm Əylisli məsələsini siz bilmədiniz axı. Bəzi məsələlər var ki, mətbuatın ondan xəbəri olmur. Aysberqin görünən üzünü görürsünüz, amma görünməyən üzünü görə bilmirsiniz. Əkrəm Əylislinin məsələsində həqiqətən də təsdiq olundu ki, o, doğrudan da ermənilərə xidmət edir. Ondan ötrü, əgər yadınızdadırsa, ABŞ səfirliyi, ABŞ Dövlət Departamenti "Euronews” kanalından canlı yayımda bizim partiyaya müraciət etdi. Bundan sonra hakimiyyət dairələrindən, məsələn Daxili İşlər Nazirliyindən bizə bildirdilər ki, bu məsələləri yığışdıraq, bu, bizim imicimizə mənfi təsir edir. Həm də qulaq kəsmək o demək deyil ki, qulağını kəsək, qulaqsız qalsın Andronikin qulağı kimi. O, özü bundan ibrət dərsi götürdü və geri çəkildi. Biz bunu edə də bilərdik, bu xəyanətə görə bunu etmək də olardı. Qaldı ki, şortik məsələsinə, mən sözümü demişəm və yenə də deyirəm. Əgər namusu, qeyrəti varsa, bunların öz ana bacılarının yanında şortiklə küçədə gəzməzlər. İstirahət mərkəzlərində, dəniz qırağına dincəlməyə gedəndə mümkündür. Amma Bakının mərkəzində "Tarqovı”da tüklü ayağını kiməsə göstərməyin özü mədəniyyətsizlik, əxlaqsızlıqdı, özü də əxlaqsızlığın bir növ böyüyüdü. Yəni biz dedik, sözümüzü edə də bilərdik. Bizim yüngül həyat tərzi keçirən bəzi insanlar yığıldılar və şortik kampaniyası keçirdilər, guya ki bizim acığımıza. Biz sözümüzü deyirik və üstündə də dururuq. Prezidentin ətrafında olan xəyanətkar insanlara söz atırıq. Söz yarası isə qılınc yarasından da ağırdır. Deyirik və bilirlər kimlərə deyirik, kimləri nəzərdə tuturuq, elə son günlərdə neçəsinin biznesinə əl qoyulub, yoxlamalar gedir, elə qolları kəsilmiş kimi bir şeydilər. Mən həqiqətən deyirəm, görsəm ki, bunlar bu xəyanətlərini davam edirlər, biz onlara yaxınlaşıb özümüzü də partlada bilərik,onları da partlada bilərik. Elə bu xəbərdarlığın özü də bir cəsarətdir. Bu baxımdan narahat olmağa dəyməz, bütün neqativ hallara qarşı ciddi mübarizə aparırıq".
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi
“Azercell Telekom” MMC “Tələbə Təqaüdü Proqramı”nın qaliblərini təbrik edib - Bu il 15 tələbə “Azercell”dən təqaüd qazanıb
Prezident İlham Əliyev Bidzina İvanaşvili ilə bir arada - FOTOLAR
Mehriban Əliyeva Gürcüstanın Birinci xanımı ilə lançda - FOTOLAR