Deputat sorğuya etiraz etdi: "Adımı oradan çıxarın!"

img

04-09-2015 [11:32]


Deputat Qənirə Paşayeva yeni müraciət yayıb.

Mia.az xəbər verir ki, deputat "Facebook"da aparılan sorğudan narahatlığını ifadə edərək, adının anketdən götürülməsinə çağırış edib:

"Hörmətli "Deputat 2015 səhifəsi"nin adminləri!

Dostlar "Facebook"da "Deputat 2015" adlı səhifədə "Son 5 ilin ən yaxşı deputatı kimdir?” adlı sorğu keçirildiyini bildirdilər. Baxdım. Orada səsvermənin ikinci mərhələsi başladığını və orada millət vəkilləri həmkarlarım Azay Quliyev, Fazil Mustafa, Adil Əliyev və Vahid Əhmədovla yanaşı mənim də adımın olduğunu gördüm. Bu səhifənin idarəçilərini tanımıram, amma sosial şəbəkələrdə belə bir rəy sorğusunun keçirilməsinə marağı da anlayışla qarşılayıram.

Mənə dəstək olan və fəaliyyətimi qiymətləndirən hər kəsə, xüsusilə də seçicilərimə öz minnətdarlığımı bildirirəm. Amma səhifədə bəzi insanların bir sıra millət vəkili həmkarlarım olan insanların ünvanına etikadan kənar ifadələr işlətməsini, təhqirləri doğru hesab etmirəm.

Bir az əvvəl millət vəkili həmkarlarım Azay Quliyev, Fazil Mustafa və Vahid Əhmədovun səhifəyə müraciəti ilə bağlı mətbuatda gedən məlumatları oxudum. Onların gətirdiyi arqumentlərlə tam razıyam və onları təkrar vurğulamağa ehtiyac görmədən mən də həmkarlarımın bu müraciətinə qoşuluram və mənim də adımın o sorğudan çıxarılmasını səhifəni idarə edənlərdən xahiş edirəm. Bu düşüncəmizi anlayışla qarşılayacağınıza inanıram".

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA