MMP-də əlbəyaxa dava: Müavinlər yumruq davasına çıxdı, iclas yarımçıq qaldı

img

01-09-2015 [13:59]



Müasir Müsavat Partiyasında qalmaqallı hadisə baş verib. Bu barədə bizə partiya üzvlərindən biri məlumat verib.

Belə ki, bu gün partiyanın İdarə Heyəti ilə rayon təşkilatlarının ümumi yığıncağı keçirilib. Toplantıda seçkidə iştirak, namizədlərin müəyyənləşdirilməsi məsələsi müzakirə olunub. Lakin müzakirə zamanı ciddi fikir ayrılığı yaranıb.

Hətta iş o yerə çatıb ki, MMP sədrinin müavinləri İntiqam Məmmədovla Fazil Yusifov arasındakı polemika kritik həddə çatıb. Partiya fəalının verdiyi məlumata görə, müavinlər əlbəyaxa davaya çıxıblar. Bu səbəbdən də yığıncaq yarımçıq saxlanılıb.

Məsələylə bağlı MMP sədri Hafiz Hacıyevin münasibət öyrənmək istəsək də, cəhdlərimiz uğursuz alındı.



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA