29-08-2015 [18:54]
Bu gün Yeni Azərbaycan Partiyasının (YAP) şəhər və rayon təşkilatları sədrlərinin ümumrespublika müşavirəsi keçirilib.
Mia.az AzerTac-a istinadən xəbər verir ki, YAP sədrinin müavini - icra katibi, Baş nazirin müavini Əli Əhmədov müşavirədə çıxış edərək qarşıdan gələn parlament seçkilərinə hazırlıqla bağlı fikirlərini bildirib. YAP Mərkəzi Seçki Qərargahının rayon və şəhər şöbələrinin iştirakı ilə zona müşavirələrinin artıq başa çatdığını deyən Əli Əhmədov deyib ki, bu tədbirlərdə partiyanın yerli strukturlarının nümayəndələrinə müvafiq tövsiyə və tapşırıqlar verilib. Əli Əhmədov qeyd edib ki, Yeni Azərbaycan Partiyası Milli Məclisə keçiriləcək seçkilərə tam hazırdır. Bunu görülən işlər də təsdiq edir.
"Azərbaycan Konstitusiyasının və Seçki Məcəlləsinin müddəalarına uyğun olaraq Prezident İlham Əliyev parlament seçkilərinin keçirilməsi ilə bağlı Sərəncam imzalayıb. Sərəncama əsasən Milli Məclisə seçkilər noyabrın 1-də keçiriləcək. Bununla da, parlament seçkiləri kampaniyasına rəsmi start verilib. Seçki kampaniyası 60 gün ərzində davam edəcək”, - deyə YAP sədrinin müavini partiyanın namizədlərinin gələn həftə elan olunacağını diqqətə çatdırıb.
YAP sədrinin müavini qeyd edib ki, son parlament seçkilərindən ötən beş il ərzində Azərbaycan böyük inkişaf mərhələsi keçib. Azərbaycan Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində ölkəmiz böyük uğurlar qazanıb. Əli Əhmədov bu illər ərzində ölkəmizdə bütün sahələr üzrə yüksək inkişafın əldə olunduğunu, əhalinin rifah halının yüksəldiyini, regionların simasının əhəmiyyətli dərəcədə dəyişdiyini və bu dəyişikliklərin hər bir vətəndaşın həyatına müsbət təsir göstərdiyini diqqətə çatdırıb.
"Dövlətimizin başçısı, partiyamızın Sədri İlham Əliyevin şəxsi nüfuzu, Prezidentin siyasətinin xalq tərəfindən dəstəklənməsi, eyni zamanda, YAP-ın cəmiyyətdə böyük nüfuzu, partiyamızın üzvlərinin fədakarlığı, ötən seçkilərdə qazanılmış təcrübə qarşıdan gələn parlament seçkilərində də partiyamızın uğurlu seçki kampaniyası aparacağını deməyə əsas verir”, - deyən Əli Əhmədov onu da vurğulayıb ki, namizədlərimizin də əhali arasında nüfuzu hər zaman seçki kampaniyalarında böyük nailiyyətlərin qazanılmasını şərtləndirib.
YAP sədrinin müavini - icra katibi bildirib ki, artıq seçki kampaniyasına rəsmi start verildiyi üçün seçki qanunvericiliyinə uyğun olaraq tədbirlər davam etdiriləcək. Namizədlərin elan olunması, onların qeydiyyatdan keçməsi üçün imza toplanılması, müvafiq sənədlərin dairə seçki komissiyalarına təqdim edilməsi və s. tədbirlər seçki kampaniyası dövründə həyata keçiriləcək. Əli Əhmədov vurğulayıb ki, namizədlərin sənədlərinin hazırlanması, onların dairə seçki komissiyalarına təqdim olunması və digər sənədləşmə işləri yerlərdə partiyanın səlahiyyətli nümayəndələri tərəfindən həyata keçiriləcək. O, əmin olduğunu bildirib ki, yerli strukturlar bu seçki kampaniyasında da üzərlərinə düşən vəzifələri layiqincə yerinə yetirəcəklər.
Daha sonra müşavirədə YAP icra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov çıxış edərək seçki kampaniyası ərəfəsində qrafik üzrə görüləcək işləri partiyanın yerli strukturlarının rəhbərlərinin diqqətinə çatdırıb.
YAP icra katibinin müavini Mübariz Qurbanlının da qatıldığı müşavirə işini müzakirələrlə davam etdirib.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi