Azərbaycanlıların kütləvi davası - 3 nəfər bıçaqlandı

img

28-08-2015 [13:24]


Sankt-Peterburqun "Apraksin dvor” bazarında azərbaycanlılar arasında baş vermiş davada bir nəfər ölüb, iki nəfər yaralanıb. 

Dava dünən saat təxminən 15:30-da 43 saylı binanın yaxınlığında olub. Davada 32, 28 və 31 yaşlı üç nəfər bıçaq yaraları alıb. Bıçaq yarası almış bir nəfər təcili tibbi yardım maşınında xəstəxanaya gedən yolda dünyasını dəyişib. Digərləri isə bıçaq yaraları ilə Marinsk xəstəxanasına yerləşdirilib.

Faktla bağlı İstintaq Komitəsi RF Cinayət Məcəlləsinin 105-ci maddəsi (qətl) ilə cinayət işi açıb. (Virtualaz.org)

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:40 05.11.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA