"Xəyanətkar məmurlarla artıq başqa cür danışıq forması qalmayıb" - Partiya sədrindən sərt təpki

img

28-08-2015 [12:32]


Mərkəzi Bankın sədri Elman Rüstəmov Azərbaycana, xalqımıza, prezidentə bundan böyük xəyanət edə bilərdimi? O, məgər görmürdümü 6 milyard hara gedir, kim mənimsəyir bu pulları? İlham Əliyev görün nə həddə çatdı ki, axırda Baş Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə İdarəsinə tapşırıq verdi ki, Elman Rüstəmovun nəzarəti altında işbazlara paylanılan kreditlər geri qaytarılsın.

Bunu Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev millət vəkili Qüdrət Həsənquliyevin saytımıza müsaibəsində "Mərkəzi Bankın rəhbərliyinə daha təmiz imicə malik insanlar gətirilməlidir" deməsinə münasibət bildirərkən söyləyib:

"Prezident neyləsin axı? Bu xəyanətkar məmurların hamısına nəzarət etmək, onların etdiyi səhvləri düzəltmək çox çətin məsələdir. Amma cənab prezident xəbər tutduğu istənilən qanunsuzluğa müdaxilə edir. Mətbuatda izləyib görürəm ki, Elman Rüstəmov haqda çoxlu narazılıqlar mövcuddur. Onun vəzifəsindən xaric olunmasını istəyənlər də var. Amma mən hesab edirəm ki, bu Elman Rüstəmov üçün çox yüngül cəza olar. Azərbaycn xalqına xəyanət edib, xalqı çətin vəziyyətə qoyub, öz övladları isə Avropada bahalı həyat yaşayırlar. Belə şəxs nəinki vəzifəsindən azad olunmalıdır, həbs olunmalı, ayağından asılımalı, güllələnməlidir. Bu xəyanətkar məmurlarla artıq başqa cür danışıq forması qalmayıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR
09:03 27.01.2026

Xırdalanda anbar yanıb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA