DSK-larda kompüter seminarı - MSK start verdi

img

28-08-2015 [11:59]



Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası 2015-ci ildə Milli Məclisə keçirilməsi nəzərdə tutulan seçkilərlə əlaqədar müxtəlif istiqamətləri əhatə edən genişmiqyaslı layihələri davam etdirir.

MSK-dan Mia.az-a verilən məlumata görə, Mərkəzi Seçki Komissiyasının maarifləndirmə proqramı çərçivəsində növbəti layihə dairə seçki komissiyalarının kompüter mütəxəssislərini əhatə edir. Belə ki, Milli Məclisə seçkilərə hazırlıq məqsədilə 2015-ci il avqustun 28-də dairə seçki komissiyalarının kompüter mütəxəssisləri üçün seminara başlanılıb. Tədbirin keçirilməsində əsas məqsəd dairə seçki komissiyalarının kompüter mütəxəssislərinə "Seçkilər” Dövlət Avtomatlaşdırılmış İnformasiya Sisteminin təkmilləşdirilmiş yeni imkanları barədə praktiki məlumat vermək, əyani formada istifadə qaydalarını öyrətməkdir.

Kütləvi informasiya vasitələri tərəfindən işıqlandırılan tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılacaq.

Digər xəbərlər
SON XƏBƏRLƏR
09:03 27.01.2026

Xırdalanda anbar yanıb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA