Zahid Oruc YAP gözləyir - Seçki açıqlaması

img

27-08-2015 [17:50]


"Siyasi əqidəmizlə və platformamız etibarı ilə dövlət başçısı İlham Əliyevin həyata keçirdiyi kursa söykənən və onun adı ilə bağlı olan siyasətdə iştirak edən insanlarıq. Bu mənada qərarlarımız da həmin vahid komanda prinsiplərinə uyğun verilir”. 

Mia.az xəbər verir ki, bunu AzNews.az-a açıqlamasında deputat Zahid Oruc deyib.

Zahid Oruc qeyd edib ki, əgər həmin komandanın rəhbərliyi onların gələcək ölkə həyatında iştirakını məqbul sayacaqsa və parlament seçkilərinə qatılmalarına müsbət münasibət göstərdiyi təqdirdə onlar bu mübarizədə iştirak edəcəklər: 

"Başqa siyasi qüvvələrdən fərqli olaraq hakim komanda cinahında qərarlar koordinasiya olunub məsləhətləşdirilir, həmin vahid komanda və lider prinsiplərinə uyğun verilir. Ona görə də burda öz fəaliyyət yoxdur. Mənim bu gün müstəqil şəxs, heç bir siyasi partiyaya təmsilçisi olmamağıma baxmayaraq, əqidəcən bağlı və aid olduğumuz bir kurs var. Ona görə də bu barədə qərarlar yəqin ki, deyilən şərtlər əsasında veriləcək”. 

Qeyd edək ki, noyabr ayının 1-də parlament seçkiləri keçiriləcək. Artıq bir çox partiyalar seçkilərdə iştirak edəcək namizədlərinin siyasını açıqlayıb. Yeni Azərbaycan Partiyası (YAP) isə seçkilərdə kimlərin siyahıda olacağını açıqlamayıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR
09:03 27.01.2026

Xırdalanda anbar yanıb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA