Bakıda məktəb direktoru axtarışa verildi -FOTO

img

27-08-2015 [13:44]


Azərbaycanda məktəb direktoru barəsində cinayət işi başlanıb.

Bakı şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, paytaxtda yerləşən 55 saylı orta məktəbin direktoru olmuş, 1960-cı il təvəllüdlü Vahid Şahmar oğlu Dəmirov Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə təqsirləndirilir. İstintaqdan yayındığı üçün onun barəsində axtarış elan olunub.

55 saylı orta məktəbdən APA-ya bildirilib ki, V. Dəmirov may ayından işə çıxmır. Onun tutduğu vəzifədən azad olunması barədə əmrin olub-olmadığı məlum deyil. Hazırda polis V. Dəmirovun tutulması istiqamətində əməliyyat-axtarış tədbirlərini davam etdirir.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:40 05.11.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA