"ADR-in partiyaya çevrilməsi nəzərdə tutulmayıb” - Qubad İbadoğlu

img

26-08-2015 [17:58]


"2015-ci ilin fəaliyyət proqramında ADR-in partiyaya çevrilməsi nəzərdə tutulmayıb”. 

Bunu APA-ya açıqlamasında Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatının sədri Qubad İbadoğlu deyib.
 
Hazırda ABŞ-da olan Q. İbadoğlu Azərbaycana dönəcəyi tarixi açıqlamayıb. O, ölkəyə qayıdışı ilə bağlı hüquqi problem olduğu barədə yayılan söz-söhbəti təkzib edib: "Azərbaycana dönməyimlə bağlı heç bir əngəl yoxdur. Proqramım davam edir, bitən kimi, vətənə dönəcəyəm. Müddət tədqiqatlarımın gedişindən asılıdır. Çalışıram ki, işlərimi mümkün qədər tez yekunlaşdırım”.
 
Q. İbadoğlu xaricdə olmasına baxmayaraq, ADR-in işi ilə müntəzəm maraqlandığını deyib: "2015-ci il üçün fəaliyyət proqramı uğurla icra olunur və həmin proqramda hərəkatın partiyaya çevrilməsi nəzərdə tutulmayıb".

Digər xəbərlər
SON XƏBƏRLƏR
09:03 27.01.2026

Xırdalanda anbar yanıb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA