İslam Partiyasında istefa - İlham Əliyevə vəzifə verildi

img

26-08-2015 [17:09]


Bu gün Azərbaycan İslam Partiyası İdarə Heyətinin növbəti toplantısı keçirilib.
 
Toplantıda əsas məsələ quruma sədr əvəzi kimi rəhbərlik edən, partiyanın 2011-ci ildən bəri məhbus həyatı yaşayan sədri Hacı Mövsüm Səmədovun səlahiyyətlərini həyata keçirən Hacı Elçin Manafovun tutduğu vəzifədən istefası olub.
 
Taoplantıda müəyyən məsələlər barədə müzakirə aparıldıqdan sonra Hacı Elçin Manafov fikrini açıqlayıb.
 
O, ölkə miqyasında, siyasi partiya rəhbərliyindən mərhum Hacı Əlikram Əliyevdən başlanan istefa vermək mədəniyyəti ənənəsinə sadiq qalaraq bu yüksək postu təhvil verib.
 
Toplantıda çıxış edənlər vurğuladılar ki, Hacı Elçin Manafov 2011-ci ilin yanvar ayından partiyanın sədr əvəzi vəzifəsini çiyninə götürmüşdü. Toplantıda qeyd olundu ki, çətin bir məqamda, qurum rəhbərinin saxta ittihamlarla həbs olunduğu, partiyaya basqıların baş aldığı, təhdidlərin davam etdiyi bir zamanda AİP-ə rəhbərliyi üzərinə götürən E.Manafov partiyanı qorumağa, möhkəmləndirməyə nail olub.
 
Partiyanın İdarə Heyəti E.Manafovun istefasını qəbul edərək, məsləhət, məşvərətdən sonra qurumun rəhbərliyinə sədr əvəzi vəzifəsini Hacı İlham Əliyevə həvalə edib(İslaminsesi.org).
 
Xatırladaq ki, Hacı İlham Əliyev bir müddət öncə AİP-ə sədrinin birinci müavini kimi dəvət və təyin olunmuşdu. İ.Əliyev də öz növbəsində sədr əvəzi kimi bu məsuliyyətli, çətin və eyni zamanda şərəfli bir vəzifəni qəbul etməklə yüksək etimada görə İdarə Heyətinin üzvlərinə minnətdarlığını bildirdi. 
 
Sonda toplantı iştirakçıları 5 il ərzində vəzifəsini şərəflə yerinə yetirən Hacı Elçin Manafova təşəkkürünü ifadə etdi. Çıxış edənlər sədr əvəzi səlahiyyətlərini üzərinə götürən Hacı İlham Əliyevə də bu şərəfli, çətin, həm də müqəddəs vəzifəni həyata keçirməkdə müvəffəqiyyətlər arzuladılar.
 
Bununla da toplantıya yekun vuruldu.

Digər xəbərlər
SON XƏBƏRLƏR
09:03 27.01.2026

Xırdalanda anbar yanıb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA