Abbas Abbasova qarşı şok ittiham - "Hücumları OMON-la o təşkil edir"
SİYASƏT
26.08.2015, 14:03
Rusiyanın Ulyanovsk şəhərində ofisinə "OMON" tərəfindən basqın edilən yerli Azərbaycan diasporunun rəhbəri İslam Hüseynov hadisənin təfərrüatını açıqlayıb.
Mia.az xəbər verir ki, Ulyanovsk vilayəti Azərbaycanlılar Konqresinin sədri İ. Hüseynov APA-ya açıqlamasında bildirib ki, hazırda xaricdədir və avqustun 25-də baş verən hadisə zamanı ofisində onun iki əməkdaşı olub. Basqının bir müddət əvvəl ona qarşı törədilən sui-qəsd nəticəsində mühafizəçisi İqor Beznosyukun qətlə yetirilməsi işi ilə bağlı olduğunu söyləyən İ. Hüseynov deyib ki, olay zamanı onun hamilə olan katibəsinin sağlamlığına ciddi zərər dəyib: "Mənə - azərbaycanlı icmasının rəhbərinə və iş adamına qarşı demək olar ki, quldurluq edilib, ofisim dağıdılıb. Hadisədən az sonra mənə zəng gəldi ki, Azərbaycan diasporunun inzibati binasında axtarış gedir. İşin mahiyyətini açıqlayım ki, bunu edən Rusiya İstintaq Komitəsinin vilayət üzrə idarəsidir. Mənə olan sui-qəsd və mühafizəçimin öldürülməsi işini onlar bağlayıblar, ancaq mən bu işin bərpasını tələb edirəm. Məhkəmə qətlin sifarişçilərinə bəraət verib. Üstəlik, istintaq cinayətin sifarişçilərinin maraqlarından çıxış edərək mənə qarşı uydurma cinayət işi qaldırmaq istəyir, hansı ki mahiyyətindən özümün də xəbərim yoxdur. Bir sözlə, sui-qəsdin açılmasında prinsipiallıq göstərdiyim üçün mənə qarşı ciddi təzyiqlər başlayıb". İslam Hüseynov məsələ ilə bağlı Rusiya Federasiyası İstintaq Komitəsinin sədri Aleksandr Bastrıkinin qəbuluna yazıldığını açıqlayıb: "Ona Ulyanovsk vilayəti üzrə İstintaq İdarəsində baş verən özbaşınalıqlar barədə danışacağam. Hesab edirəm ki, bu axtarış da məhz mənim Bastrıkinə şikayət etməyə hazırlaşdığıma görədir”. Ulyanovskda hadisənin şahidi olan Azəbaycan Konqresinin üzvləri bu məsələdə son vaxtlar İ. Hüseynovun mütəmadi olaraq sərt tənqid etdiyi Azərbaycan baş nazirinin keçmiş müavini Abbas Abbasovun əli olduğunu da iddia edirlər. Konqresin üzvü, İ. Hüseynovun köməkçilərindən Həsrət Həsənov APA-ya bildirib ki, xüsusilə son yarım ildə A. Abbasovun Azərbaycan dövlətinə qarşı atdığı addımlara görə İ. Hüseynovun onu sərt tənqid etməsi diaspor rəhbərinin hədəfə götürülməsi ilə nəticələnib: "Abbas Abbasov bura gəlib, məlum fəaliyyətə başlayandan sonra kim ona etiraz edirsə, həmin adamın ya biznesinə, ya da həyatına ciddi təhlükə yaranmağa başlayır. İslam müəllim uzun zamandır burada yaşayır və federasiya üzrə böyük hörməti var. Onun burada düşməni yox, yalnız dostları var. Amma Abbas Abbasovu sərt tənqid etdikdən bəri ona qarşı təzyiqlər başlayıb. Xüsusilə ona qarşı sui-qəsdin araşdırılmasında Abbas Abbasovun adamları hər vasitə ilə yerli istintaq məmurlarına təsir edir. Burada prokurorluqdan bir icazə kağızı alıb, "OMON"u hansısa ünvana basqınına şərait yaratmaq asan işdir. Onlar da bundan istifadə edirlər ki, bizləri qorxutsnlar". Qeyd edək ki, İ. Hüseynova qarşı 2012-ci ildə sui-qəsd cəhdi olub. Hadisə zamanı o, yaralanıb, mühafizəçisi isə öldürülüb. Ulyanovskdakı diaspor sui-qəsdin Abbas Ababsov tərəfindən təşkil olunduğunu iddia edib. Xatırladaq ki, Rusiya İstintaq Komitəsinin Ulyanovsk vilayəti üzrə İstintaq İdarəsi isə saytında İ. Hüseynovun dələduzluqda ittiham olunması barədə məlumat yerləşdirib. Məlumatda qeyd olunub ki, onun barəsində Ulyanovsk prokurorluğu tərəfindən 2014-cü ilin oktyabrında dələduzluq maddəsi ilə cinayət işi başlanılıb. Prokurorluq İ. Hüseynovu sənəd saxtalaşdırmaqla 6.5 milyon r
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
AK Partiya: “Terrorizmə və terrorçulara yol verməyəcəyik”
Bugün, 21:52 DÜNYA
-
Bakı Təhsil İdarəsinə iki müdir müavini təyin edildi - Onlar kimdir?
Bugün, 21:18 GÜNDƏM
-
ABŞ İranı nüvə silahı ilə vuracaq? - Ağ Evdən dünyanı heyrətləndirən iddialara maraqlı şərh verildi
Bugün, 20:43 DÜNYA
-
Bakıda həbsxanada yanğın olub
Bugün, 20:29 KRİMİNAL
-
ABŞ vitse-prezienti Budapeştdən Aİ liderlərinə səsləndi: “Ondan nümunə götürün”
Bugün, 19:54 GÜNDƏM
-
SEPAH TRAMPIN TƏHDİDNƏ TƏHDİDLƏ CAVAB VERDİ: “Əgər qırmızı xətti keçsəniz…”
Bugün, 19:48 GÜNDƏM
-
AGENTLİK RƏHBƏRİ NAZİR MÜAVİNİ TƏYİN EDİLDİ - Sərəncam
Bugün, 19:41 GÜNDƏM
-
ABŞ Xark adasındakı neft obyektlərini vurub? – Açıqlama
Bugün, 19:19 GÜNDƏM
-
"Zirə" azlıqda qalan "Şamaxı"ya qalib gələ bilməyib
Bugün, 19:18 İDMAN
-
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
Bugün, 18:01 İQTİSADİYYAT
-
İcra başçısı özünü xeyli arıqladıb
Bugün, 17:42 CƏMİYYƏT
-
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
Bugün, 17:26 CƏMİYYƏT
-
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Bugün, 17:12 GÜNDƏM
-
"Rabitəbank" ASC cəzalandırıldı - Mərkəzi Bank pozuntu olduğunu deyir
Bugün, 17:04 İQTİSADİYYAT
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Bugün, 17:00 İQTİSADİYYAT
-
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Bugün, 16:55 CƏMİYYƏT
-
YENİ İŞÇİ QRUPU YARADILIR - Prezident bu qurumlara əlavə tapşırıq verdi
Bugün, 16:48 GÜNDƏM
-
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Bugün, 16:48 GÜNDƏM
-
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
Bugün, 14:48 GÜNDƏM
-
Fransada sürət qatarı ilə yük maşını toqquşub – Ölən və xəsarət alanlar var
Bugün, 14:39 DÜNYA
-
İranın Xark adasına hücum olub
Bugün, 14:29 GÜNDƏM
-
İlham Əliyev Türkiyə Ali Məhkəməsinin Baş prokurorunu qəbul edib - FOTOLAR
Bugün, 14:24 GÜNDƏM
-
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Bugün, 14:22 GÜNDƏM
-
Türkiyədə zəlzələ olub
Bugün, 14:08 GÜNDƏM
-
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Bugün, 14:05 İQTİSADİYYAT
-
Vergi Xidmətində təyinat olub
Bugün, 13:54 İQTİSADİYYAT
-
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Bugün, 13:14 CƏMİYYƏT
-
Marneuli merinin qardaşı saxlanıldı - Çörək sexinin sahibini döyməsinə görə
Bugün, 13:11 SİYASƏT
-
Sabah hava necə olacaq? - Proqnoz
Bugün, 12:52 CƏMİYYƏT
-
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
Bugün, 12:49 İDMAN
-
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
Bugün, 12:45 İQTİSADİYYAT
-
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Bugün, 12:37 İDMAN
-
“Mətbəxdə oturduğum vaxt gördüm ki, evin altında nəsə partladı" - VİDEO
Bugün, 12:25 CƏMİYYƏT
-
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
Bugün, 12:17 KRİMİNAL