Hafiz Hacıyevdən müğənniyə mandat təklifi

Hafiz Hacıyevdən müğənniyə mandat təklifi

SİYASƏT

26.08.2015, 13:14

Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev əməkdar artist Elza Seyidcahanı rəhbərlik etdiyi partiyadan namizədliyini verməyə dəvət edib. 
H.Hacıyev a24.az-a bildirib ki, Elza Seyidcahan MMP-dən namizədliyini vermək istəsə böyük məmnuniyyətlə onu qəbul edər: "Elza xanıma mənim böyük hörmətim var. Əgər o istəsə bizim partiyadan namizədliyin irəli sürə bilər. Elza xanım bizim partiyanın üzvü olmasa da, onun müəyyən dairədə namizədliyini irəli sürə bilərik”. Partiya sədri vurğulayıb ki, Azərbaycan qanunvericiliyində müğənnilərin deputatlığa namizədliyinə qadağa yoxdur: "Bu gün Azərbaycanın görkəmli müğənnisi Zeynəb Xanlarova millət vəkilidir və digər deputatlardan fəaliyyətinə, fikirlərinə görə qat-qat üstündür. Elza xanımın da Allah hər zaman yolunu açıq etsin. Bunun nə ziyanı var ki..? Mən deyərdim ki, Elza xanım millət vəkili olsa parlamentdə mədəniyyət işçilərinin daha bir təmsilçisi olacaq. Mən burada heç bir qəbahət görmürəm. Seçicilər Elza xanımı sevirsə, əlbəttə ki, ona səs verəcəklər”. 

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR