Müsavatda istefa

Müsavatda istefa

SİYASƏT

26.08.2015, 12:04

Müsavat Partiyasının Binəqədi rayon təşkilatının Dərnəgül özəyinin sədri və müavini istefa verib. Bu barədə "Qafqazinfo” ya partiyanın təşkilat şöbəsinin müdiri, Divan üzvü Razim Əmiraslanlı məlumat verib.
O qeyd edib ki, özək sədri Arif Əziz barəsində partiya tədbir görməli idi: Çünki onun fəaliyyətində nizamnamə pozuntusu var idi və bu barədə Nəzarət Təftiş Komissiyasına müraciət olunmuşdu. O partiyadan xaric olunacağı bildiyi üçün əvvəlcədən istefa verib. Digər üzv Hümbət Məmmədli isə səhhəti ilə bağlı istefa verib”.
Qeyd edək ki, bir müddət əvvəl partiyadan çıxarılan Rövşən Dəmirli sosial şəbəkədə yazıb ki, hər iki şəxs Vurğun Əyyubun Müsavat Partiyasından qeyri-qanuni çıxarılmasına etiraz olaraq partiyadan istefa veriblər.

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR