ADP İdarə Heyəti yığışdı, yeni qərarlar verildi - Toplantı

ADP İdarə Heyəti yığışdı, yeni qərarlar verildi -  Toplantı

SİYASƏT

25.08.2015, 18:24

Bu gün ADP İdarə Heyətinin növbəti toplantısı keçirilib. Toplantıda ölkə və beynəlxalq aləmdə baş verən ictimai-siyasi proseslər müzakirə obyekti olub.
Mia.az xəbər verir ki, toplantı iştirakçıları ilk növbədə Mingəçevirdə baş verən hadisələrə münasibət bildirib və kökündə sosial narazılıqların, işsizliyin, yanlış regional siyasətin, polis özbaşınılığının, qanunlara sayğısızlığın durduğu bu cür hadisələrin  bütövlükdə Azərbaycan üçün xarakterik hal  olduğuna diqqət çəkib.
İdarə heyəti son vaxtlar ölkədə ərzaq və digər gündəlik təlabat mallarının qiymətinin durmadan bahalaşması fonunda əhalinin sosial iqtisadi vəziyyətinin gərginləşməsindən, manatın devakvasiyaya uğramasına baxmayaraq vətəndaşlara dəyən ziyanların kompensasiya edilməməsindən, monopoliyanının, rüşvət və korrupsiya hallarının azad bazar iqtisadiyyatının qarşısında əngələ çevrilməsindən ciddi narahat olduğunu ifadə edib və bu gərginliklərin aradan qaldırılması üçün ciddi islahatlar aparılmasına ehtiyac olduğunu diqqətə çatdırıblar.
Sonda isə qarşıdan gələn parlament seçkilərinə dair məsələni müzakirə edən İdarə Heyətində  ADP-nin seçkidə koalisiya şəklində iştirakla bağlı səylərinə baxmayaraq müxalifətin mümkün seçki blokunun alınmamasından təəssüf ifadə edilib. Partiyanın seçkidə təkbaşına iştirakı ilə əlaqədar ilkin qərar qəbul edilib və ADP-nin mərkəzi seçki qərargahı yaradılması (MSQ) haqqında qərar qəbul edilib.       

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR