İngilis diplomat Azərbaycan müxalifətiylə görüşdü

İngilis diplomat Azərbaycan müxalifətiylə görüşdü

SİYASƏT

25.08.2015, 15:37

Bu gün Böyük Britaniyanın Bakıdakı səfirliyində Böyük Britaniya Xarici İşlər Nazirliyinin Şərqi Avropa və Mərkəzi Asiya Departamentinin rəhbəri Maykl Tathamla müxalifət nümayəndələri arasında görüş keçirilib. 
 
Görüşdə ölkəmizdə ictimai-siyasi vəziyyət, Qarabağ konfliktinin ədalətli həlli yolları, siyasi məhbuslar problemi, yaxınlaşan parlament seçkiləri və digər məsələlər barədə fikir mübadiləsi aparılıb. 
 
Görüşdə AXCP sədri Əli Kərimli, Müsavat Partiyasının başqanı Arif Hacılı, "REAL” Vətəndaş Hərəkatının icra katibi Natiq Cəfərli və Böyük Britaniyanın Azərbaycandakı səfiri İrfan Siddiq iştirak ediblər.

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR