Polis zabiti həbs olundu, 3 nəfərin izahatı alındı - DİN-dən açıqlama

img

24-08-2015 [15:52]


Mingəçevirdə narkotik vasitələrin istifadəsinə və satışına görə şübhəli şəxs qismində saxlanılaraq dindirilmək üçün Mingəçevir şəhər Polis Şöbəsinə aparılan 1988-ci il təvəllüdlü Hacıyev Bəhruz Dilsuz oğlunun ölümü ilə bağlı araşdırmalar davam etdirilir.
 
 Bunu APA-ya açıqlamasında Daxili İşlər Nazirliyinin (DİN) Baş İctimai Təhlükəsizlik İdarəsinin rəisi, polis general-mayoru Cavanşir Məmmədov deyib.
 
 C. Məmmədov bildirib ki, hadisə ilə bağlı polis baş leytenantı Şahlar Şahlarzadə işdən çıxarılıb və barəsində Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi açılıb, araşdırma aparılır : "O, dindirilmə zamanı vətəndaşı nəzarətsiz buraxaraq hal şahidi gətirməyə getməklə səhlənkarlığa yol verib və intihar hadisəsi baş verib. Ona görə də Şahlar Şahlarzadə həbs edilib. Həmçinin, Bəhruz Hacıyevi saxlayaraq polis şöbəsinə gətirən 3 polis əməkdaşının izahatı alınıb, araşdırma davam etdirilir”.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:40 05.11.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA