"Xan sarayı"nın sahibinin oğlu dava saldı - Polis 2 nəfəri saxladı

img

24-08-2015 [12:23]


Ucar rayonunda toyda əlbəyaxa dava düşüb.

BAKU.WS-in məlumatına görə, hadisə "Xan sarayı"şadlıq evində qeydə alınıb. Olay avqust ayının 22-də axşam saatlarında baş verib. Toya gələn qonaqlardan biri şadlıq sarayının müdirinin oğlu ilə mübahisə edib. Daha sonra mübhahisə əlbəyaxa davaya keçib.

Hadisə yerinə polis çağırılıb və iki nəfər saxlanılaraq şöbəyə aparılıb. İzahatları alınandan sonra onları buraxıblar. İlkin məlumata görə, dava qonaqlarla kobud rəftar üstündə düşüb. Hadisənin dəqiq səbəbləri araşdırmalardan sonra məlum olacaq.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:40 05.11.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA