“Akkord” şirkəti Beynəlxalq Banka borcludur - 1,3 milyard

img

20-08-2015 [14:51]


Azərbaycan Beynəlxalq Bankına ən çox borcu olan qurum "Akkord” tikinti şirkətidir.

Mia.az xəbər verir ki, Beynəlxalq Bankdakı mənbələrdən virtualaz.org-a verilən xəbərə görə, tikinti şirkətinin banka olan məcmu borcu 1,3 milyard manat təşkil edir.

Sayt bildirir ki, məsələ ilə bağlı hal-hazırda jurnalist təhqiqatı aparır. Oxuculara bu problemin təfərrüatları haqda yaxın zamanlarda müfəssəl məlumat veriləcək.

Xatırladaq ki, DİN Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Baş İdarəsi ("Bandotdel”) bir neçə ay əvvəl ölkənin onlarla aparıcı iş adamını saxlamışdı. Bütün biznesmenlər Beynəlxalq Bankdan kredit kimi götürülən pulları israf etməkdə günahlandırılırdı.

Bankın özündə isə ümumi həcmi bir neçə milyard manata çatan problemli kreditlər ucbatından likvidlik problemləri başlamışdı.

Qeyd edək ki, tikinti nəhəngi olan "Akkord” uzun illərdir Azərbaycanda iri infrastruktur layihələrinin həyata keçirilməsi ilə məşğuldur. Korporasiya hətta xaricdə də bir neçə tenderi udmağa nail olub.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:40 05.11.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA