MSK-da seminar keçirilib

img

13-08-2015 [16:37]


Mərkəzi Seçki Komissiyasının inzibati binasında siyasi partiyaların nümayəndələri üçün siyasi partiyaların maliyyə hesabatlarının tərtib edilməsi, təqdim olunması, nəzərdən keçirilməsi və ictimailəşdirilməsinə həsr olunmuş seminar keçirilib. 

Mia.az xəbər verir ki, Mərkəzi Seçki Komissiyasının təşəbbüsü və təşkilatçılığı ilə keçirilən tədbirdə Komissiyanın, Ədliyyə Nazirliyi, Maliyyə Nazirliyi və Auditorlar Palatasının rəsmilərinin təqdimatında siyasi partiyaların illik maliyyə hesabatlarına və onların tərtib edilməsinə dair tələblər, siyasi partiyaların illik maliyyə hesabatlarının tərtib edilməsində auditorların iştirakı və auditor sənədlərinə dair tələblər, eləcə də seçkilərlə əlaqədar maliyyə hesabatlarının tərtib edilməsi, göndərilməsi və ictimailəşdirilməsinə dair tələblər barədə çıxışlar dinlənilib. 

Tədbirdə dövlət qeydiyyatından keçmiş 37 siyasi partiyanın təmsilçiləri, beynəlxalq təşkilatların nümayəndələri, Mərkəzi Seçki Komissiyasının üzvləri və siyasi partiyalar tərəfindən illik maliyyə hesabatlarının təqdim edilməsi fəaliyyəti ilə bağlı Katibliyin müvafiq struktur bölmələrinin əməkdaşları, aidiyyəti dövlət qurumların təmsilçiləri, habelə kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak edib. 

Seminar siyasi partiyaların maliyyə hesabatları ilə bağlı müxtəlif mövzularda müzakirələrlə davam edib, həmçinin iştirakçıları maraqlandıran suallar cavablandırılıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR
09:03 27.01.2026

Xırdalanda anbar yanıb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA