"Siyasət mənim üçün bitib” - Sabiq deputatdan seçki açıqlaması

img

13-08-2015 [12:55]


"Dediyim sözün üstündə dayanan adamam. Ona görə də yenə təkrar edirəm. Parlament seçkilərinə qatılmaq fikrim yoxdur”.
 
Mia.az xəbər verir ki, bunu Modern.az-a açıqlamasında sabiq deputat, Azərbaycanın Belarusdakı səfirliyinin keçmiş əməkdaşı  Asya Manafova deyib. Asya Manafovanın sözlərinə görə, siyasət onun üçün bitib:
 
"Siyasətlə yollarımı çoxdan ayırmışam. Ona görə də bu il keçiriləcək parlament seçkilərində iştirak etməyim mümkünsüzdür. Bu gün belə, sabah da bir başqa cür danışmağı sevən adam deyiləm. Bir sözlə, siyasət mənim üçün bitib”.
 
Qeyd edək ki, Asya Manafova Milli Məclisin 1-ci və 2-ci çağırış deputatı olub. Eyni zamanda, keçmiş nazir Əli Nağıyevlə birgə Azərbaycanın Belarusdakı səfirliyində çalışıb.
 
Xatırladaq ki, bu ilin noyabr ayında Milli Məclisə növbəti deputat seçkiləri keçiriləcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR
09:03 27.01.2026

Xırdalanda anbar yanıb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA