YAP-ın Mərkəzi Seçki Qərargahı fəaliyyətə başladı

img

12-08-2015 [11:28]



Cari ilin noyabr ayında Azərbaycan Respublikasının Milli Məclisinə keçiriləcək seçkilərlə əlaqədar Yeni Azərbaycan Partiyasının Mərkəzi Seçki Qərargahı 10.08.2015-ci il tarixindən etibarən fəaliyyətə başlayıb. Bu barədə AzVision.az-a açıqlamasında Yeni Azərbaycan Partiyası İcra Katibliyinin Siyasi Təhlil və Proqnozlaşdırma şöbəsinin müdiri, deputat Aydın Mirzəzadə deyib.

A. Mirzəzadə bildirib ki, bununla bağlı bir neçə gün öncə partiyanın mərkəzi qərargahında toplantı keçirilib: "Artıq partiyanın Mərkəzi Seçki Qərargahının rayon təşkilatları şöbələri də fəaliyyət göstərir. Qeyd etdiyim iclasda bununla bağlı rayon təşkilatlarına müvafiq tapşırıq və tövsiyələr verilib”.

Digər xəbərlər
SON XƏBƏRLƏR
09:03 27.01.2026

Xırdalanda anbar yanıb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA