Deputatla ABŞ səfiri nədən danışıb? - Görüş

img

12-08-2015 [09:38]


Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasında ABŞ-ın ölkəmizdəki səfiri Robert Sekuta, ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) direktor əvəzi Kristofer Monahan və səfirliyin siyasi işlər üzrə müşaviri Yaniv Barzilay ilə görüş keçirilib.

Şuradan Mia.az-a daxil olan məlumata görə, görüşü giriş sözü ilə açan Şura sədri, millət vəkili Azay Quliyev qonaqları salamlayaraq ABŞ ilə münasibətlərin Azərbaycan üçün daima prioritet istiqamətlərdən olduğunu diqqətə çatdırıb.

ABŞ-ın ölkəmizdəki səfiri Robert Sekuta Azərbaycanın son illərdə əldə etdiyi inkişafı və vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlıq imkanlarını yüksək qiymətləndirdiyini bildirib.

Səfir QHT qanunvericiliyinə edilən son əlavə və dəyişikliklərlə bağlı bəzi məqamlara dair suallarının olduğunu və bu istiqamətdəki ən son yeniliklər barədə məlumat almaq istədiyini qeyd edib.

Azay Quliyev qanunvericiliyə edilmiş əlavə və dəyişiklərin cari vəziyyəti haqqında qonaqları məlumatlandırıb və qonaqları maraqlandıran digər suallara cavab verib.

Görüşün sonunda tərəflər qarşılıqlı maraq doğuran məsələlər ətrafında müzakirələrin davam etdirilməsinin ölkələrimiz arasındakı dostluq münasibətlərinin daha da yaxşılaşması baxımından vacib olduğunu bildiriblər.

Digər xəbərlər
SON XƏBƏRLƏR
09:03 27.01.2026

Xırdalanda anbar yanıb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA