11-08-2015 [17:05]
"Jurnalist Rasim Əliyevin ölümündə Cavid Hüseynovun heç bir günahı yoxdur”. Bu sözləriModern.az saytına açıqlamasında 120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsindən Milli Məclisin deputatı Astan Şahverdiyev öz həmyerliləri - futbolçu Cavid Hüseynovla jurnalist Rasim Əliyev - arasındakı mübahisəni şərh edərkən deyib.
O qeyd edib ki, mərhum Rasim Əliyevin futbolçu haqqında yazdıqları təhqiramiz ifadələrə gərək yox idi.
"Cavid Hüseynov indi Azərbaycanda ən yaxşı futboçulardandır. Cavid Hüseynov heç bir əxlaqsız hərəkətə yol vermədiyi halda jurnalist Rasim Əliyevin onun haqqında yazıb ki, "sənin əxlaqsız və tərbiyəsiz hərəkətinə görə istəmirik ki, Avropada bizi təmsil edəsən”.
Axı Cavid heç bir əxlaqsız hərəkət etməyib. Dünyanın hər yeribdə hər üç oyundan birində qol vuran futbolçudan kimsə o cür jest edir.
Bu jurnalistin beyninə nə yeriyib ki, götürüb futbolçu haqqında "əxlaqsız və tərbiyəsiz” ifadəsi yazıb. Allah jurnalistə rəhmət etsin, amma o da gərək belə şeylər yazmazdı, Cavidə - yerlisinə, azərbaycanlıya qarşı səhv hərəkət, ədalətsizlik etməzdi”.
Deputat A.Şahverdiyev Rasim Əliyevin ölümündə Cavid Hüseynovu günahkar saymadığını qeyd edib:
"Bura birməmalı olaraq Cavidi günahlandıranlarla razı deyiləm, onun bu zorakılıqda heç bir rolu yoxdur. Cavidin qohumlarından kimlərsə gedib jurnalisti döyüb. Həm də o, döyüləndə ölməyib axı. Həkimlərin diqqətsizliyi üzündən ölüb. Bir cəbrayıllı kimi mən də neçə gündür bu məsələləri araşdırmaqla məşğulam”.
A.Şahverdiyev Cavid Hüseynovun qohumlarının jurnalisti döyməsini isə belə izah edib:
"Cavidin bibisi oğlunun Rasimi döyənlər arasında olduğu söylənilir, onun həbs edildiyi bildirilir. Görünür onlar "əxlaqsız və tərbiyəsiz” ifadəsini özlərinə sığışdırmayıblar və bu cür qınanılası addım atıblar.
Cavid doğurdan çox tərbiyəli oğlandır. Jurnalsit yazıb ki, belə futbolçunun Avropaya çıxması Azərbaycana təhqirdir. Sən nə bilirsən axı, futbola bax.
Hər 3 oyundan birində futbolçulardan kimsə o jesti göstərir. Futbolda belə hadisələr baş verir. Cavid tam günahsızdır. Bildiyimə görə, onlar telefonda danışıb, barışıblar”.
Deputat Astan Şahverdiyev deyir ki, bəzi jurnalistlər hansısa məsələni araşdırmadan ağlına gələn ittihamlar yazırlar:
"Mənim haqqımda da nələr yazmırlar... Pak insanam, amma haqqımda elə şeylər yayırlar ki... Əgər normal məhkəmə hakimiyyəti olsa, belələrini məhkəməyə verib, canını alıb, içəri salarlar”.
Qeyd edək ki, avqustun 8-də Bakıda jurnalist Rasim Əliyev bir qrup şəxs tərəfindən döyülüb. Jurnalist aparıldığı və əməliyyat olunduğu Kliniki Tibbi Mərkəzdə vəfat edib. Jurnalistin döyülməsində təqsirkar bilinən şəxslərdən biri Elşən İsmayılov özü təslim olub. Futbolçu Cavid Hüseynov isə istintaqa çağrılıb.
Qaz limiti barədə qərarın dəyişəcəyi gözlənilir - Deputat danışdı
AZAL Gürcüstana səfər edənlərə xəbərdarlıq edib
Məhkəmə Əli Kərimliyə "yox" dedi - AXCP sədri azadlığa buraxılmadı
Hikmət Hacıyevin adından saxta məzmunlu video yayılıb - XƏBƏRDARLIQ
Məhkəmə sədrinin bıçaqlanan gəlini barədə - Açıqlama
Ceyhun Bayramov Çinə gedib
Arpaçay su anbarı donub - FOTO
Albaniya Baş naziri İsrail parlamentində İranı "yıxıb-sürüdü", Türkiyəni isə... - "Xomeyni Respublikası ilə bu incə əlaqələri də kəsdik"
Sabah hava necə olacaq? - Proqnoz
Prezident İlham Əliyev Sumqayıtda - FOTOLAR (Yenilənib)
Qərb Ərdoğandan yox, yeni Türkiyədən qorxur - TƏHLİL
İranda aksiyalar davam edir - Ölənlərin say 6 mini keçib
Nazir, komitə sədri... - Onların qəbul günləri + CƏDVƏL
MƏHKƏMƏ SƏDRİNİN OĞLU CANINA QIYDI - Əvvəl arvadını bıçaqlayıb, sonra isə... (YENİLƏNİB)
372 sayda saxta sayt, link və keçidlər bloklanıb - Azərbaycanda
Çempionlar Liqası: "Mançester Siti" - "Qalatasaray" matçı TRT1-də canlı yayımlanacaq
Valyuta ehtiyatlarımız 85 milyard dolları ötüb
Azərbaycan nefti cizi ucuzlaşdı
"TikTok" Trampı qoruyur - Onunla bağlı neqativ xəbər bloklanır
AzTV-də dəyişiklik - Nəcəf Həsənov direktor təyin olundu , Vəli Əkbər vəzifədən getdi
Vergi borcu olan “Qardaşlar Mebel” tenderdə qalib elan olunub- Sənəd
Zəngilan rayonunun Məmmədbəyli kəndinə növbəti köç olub
DTX Bakıda səfirliyə hücumun qarşısını alıb, həbslər var - ƏMƏLİYYAT GÖRÜNTÜLƏRİ (VİDEO)
Bu gündən məktəblərdə qış tətili başlayıb
Xırdalanda anbar yanıb
"Gözləmədiyimiz oyun oldu"- "Beşiktaş"ın Baş məşqçisi "20 milyon avrodan ucuz futbolçu tapa bilmirik" deyir
ABŞ Suriyadakı İŞİD-çiləri ölkədən çıxarır? - FOTOLAR
"XƏYAL QURMAYAQ, ABŞ-ın NÜVƏ ÇƏTİRİNİ DƏ İTİRƏRİK" - NATO Baş katibi Avropa liderlərinə açıq tribunadan elə mesaj verdi ki...
Söyüşə görə TV-dən qovulan tanınmış jurnalistin yeni iş yeri bəlli oldu: "Həyəcanlıyam"
Qvardiola "Qalatasaray"la oyunla balı azarkeşlərə səsləndi: "Dəstəyinizə ehtiyacımız var"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Daha bir "TikToker" həbs edildi
Space TV-də gərginlik - "Götürmür, cəhənnəmə götürsün" (VİDEO)
Bakıda qadın iki uşağını gözəllik salonunda qoyaraq gedib
Nigeriya prezidenti Ankaraya gəlir
“Qadın Dəstək Xətti”nə müraciətlərin sayı 2,5 dəfə artıb