"Qətli siyasiləşdirməyək" - AMİP funksionerindən açıqlama

img

10-08-2015 [17:13]


"Jurnalist Rasim Əliyevin bir qrup şəxslər tərəfindən döyülərək qətlə yetirilməsi üzücü hadisədir. Daşıdığı peşəsindən asılı omayaraq, hər kəsin təhlükəsiz yaşama haqqı güvənc altında saxlanılmalı və hamı üçün qanunuların aliliyi gözlənilməlidir”. 

Bu fikirləri Mia.az-a jurnalist Rasim Əliyevin öldürülməsi ilə bağlı açıqlamasında AMİP Siyasi Şurasının üzvü Əli Orucov deyib. 

Qətlin siyasiləşdirilməsinin əleyhinə olduğunu deyən AMİP yetkilisi qeyd edib: 

"Son dövrlər cəmiyyətin  leksikonunda yer alan ifadələrin daha sərtləşməsi, aqressivləşmə, problemlərin həllində zora üstünlük verilməsi halları narahat doğurmaya bilməz. Bu təkcə qətlə yetirilən  jurnalist Rasim Əliyevin faciəsi deyil, həm də insanların getdikcə kin-küdurətə, qisasçılığa, nifrətə və qanunsuzluqlara daha artıq meyllənməsinin acınacaqlı mənzərəsidir.

İnanıram ki, hakimiyyət belə faciələrin bir daha yaşanmaması üçün geniş araşdırmalar apararaq müvafiq iq addımlar atacaq, ələlxusus da qətli törədənlərin və bu cinayətdə adları keçənlər laqyili cəzalarını alacaqlar. Hüquq-mühafizə orqanlarının görüdüyü ilkin tədbirlər ümid verir ki, mərhumun qanı yerdə qalmayacaq”.

Digər xəbərlər
SON XƏBƏRLƏR
09:03 27.01.2026

Xırdalanda anbar yanıb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA