10-08-2015 [15:42]
Prezident İlham Əliyev Belarus Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Nikolay Patskeviçi diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib.
Səfir Nikolay Patskeviç ilk növbədə birinci Avropa Oyunlarının Azərbaycanda yüksək səviyyədə təşkili və idmançılarımızın əldə etdiyi böyük uğurlar münasibətilə dövlətimizin başçısına təbriklərini çatdırıb. O, birinci Avropa Oyunlarına hazırlıq və Oyunların keçirilməsi işlərində Azərbaycan xalqının vahid bir komanda kimi çıxış etməsini xüsusilə vurğulayaraq deyib ki, Azərbaycan bu tədbirin belə səviyyədə keçirilməsi ilə bir daha özünü bütün dünyaya müasir, müstəqil və inkişaf edən bir ölkə kimi nümayiş etdirdi.
Birinci Avropa Oyunları ilə bağlı deyilən xoş sözlərə görə minnətdarlığını ifadə edən Prezident İlham Əliyev həqiqətən də bu Oyunların təşkili və keçirilməsində xalqımızın birlik nümayiş etdirdiyini deyərək iki milyondan artıq insanın məşəlin gətirilməsi mərasimlərində iştirak etməsini bunun yaxşı göstəricisi kimi dəyərləndirib. Bundan başqa ölkə başçısı birinci Avropa Oyunlarının ölkəmizdə keçirilməsini müstəqillik dövründə həm miqyas, həm də milli ruhun yüksək olması baxımından ən böyük hadisələrdən biri kimi qiymətləndirib.
Səfir Nikolay Patskeviç Belarus-Azərbaycan münasibətlərinə toxunaraq bu münasibətlərin inkişaf etdirilməsi və möhkəmləndirilməsi işinə verdiyi dəstəyə görə prezident İlham Əliyevə minnətdarlığını bildirib. Əlaqələrimizin müxtəlif sahələrdə uğurla inkişaf etdiyini vurğulayan səfir ölkələrimizin beynəlxalq səviyyədə də sıx əməkdaşlıq etdiyini bildirdi və Belarus ilə Azərbaycan arasında mövcud olan qarşılıqlı hörmət və səmimi münasibətlərin xalqlarımız arasında əlaqələrin daha da möhkəmləndirilməsi işinə xidmət etdiyini vurğulayıb.
Prezident İlham Əliyev Nikolay Patskeviçin səfirlik fəaliyyəti dövründə ikitərəfli münasibətlərin inkişaf etdirilməsi işinə verdiyi töhfəni yüksək qiymətləndirib, eyni zamanda əlaqələrimizin daha da genişləndirilməsi ilə bağlı dövlət başçıları tərəfindən müəyyən edilmiş vəzifələrin uğurla həyata keçirilməsindən məmnunluğunu bildirdi. İkitərəfli münasibətlərimizin bundan sonra da uğurla inkişaf etdiriləcəyinə əminliyi ifadə edən Prezident İlham Əliyev Nikolay Patskeviçə gələcək fəaliyyətində uğurlar arzuladı.
Qaz limiti barədə qərarın dəyişəcəyi gözlənilir - Deputat danışdı
AZAL Gürcüstana səfər edənlərə xəbərdarlıq edib
Məhkəmə Əli Kərimliyə "yox" dedi - AXCP sədri azadlığa buraxılmadı
Hikmət Hacıyevin adından saxta məzmunlu video yayılıb - XƏBƏRDARLIQ
Məhkəmə sədrinin bıçaqlanan gəlini barədə - Açıqlama
Ceyhun Bayramov Çinə gedib
Arpaçay su anbarı donub - FOTO
Albaniya Baş naziri İsrail parlamentində İranı "yıxıb-sürüdü", Türkiyəni isə... - "Xomeyni Respublikası ilə bu incə əlaqələri də kəsdik"
Sabah hava necə olacaq? - Proqnoz
Prezident İlham Əliyev Sumqayıtda - FOTOLAR (Yenilənib)
Qərb Ərdoğandan yox, yeni Türkiyədən qorxur - TƏHLİL
İranda aksiyalar davam edir - Ölənlərin say 6 mini keçib
Nazir, komitə sədri... - Onların qəbul günləri + CƏDVƏL
MƏHKƏMƏ SƏDRİNİN OĞLU CANINA QIYDI - Əvvəl arvadını bıçaqlayıb, sonra isə... (YENİLƏNİB)
372 sayda saxta sayt, link və keçidlər bloklanıb - Azərbaycanda
Çempionlar Liqası: "Mançester Siti" - "Qalatasaray" matçı TRT1-də canlı yayımlanacaq
Valyuta ehtiyatlarımız 85 milyard dolları ötüb
Azərbaycan nefti cizi ucuzlaşdı
"TikTok" Trampı qoruyur - Onunla bağlı neqativ xəbər bloklanır
AzTV-də dəyişiklik - Nəcəf Həsənov direktor təyin olundu , Vəli Əkbər vəzifədən getdi
Vergi borcu olan “Qardaşlar Mebel” tenderdə qalib elan olunub- Sənəd
Zəngilan rayonunun Məmmədbəyli kəndinə növbəti köç olub
DTX Bakıda səfirliyə hücumun qarşısını alıb, həbslər var - ƏMƏLİYYAT GÖRÜNTÜLƏRİ (VİDEO)
Bu gündən məktəblərdə qış tətili başlayıb
Xırdalanda anbar yanıb
"Gözləmədiyimiz oyun oldu"- "Beşiktaş"ın Baş məşqçisi "20 milyon avrodan ucuz futbolçu tapa bilmirik" deyir
ABŞ Suriyadakı İŞİD-çiləri ölkədən çıxarır? - FOTOLAR
"XƏYAL QURMAYAQ, ABŞ-ın NÜVƏ ÇƏTİRİNİ DƏ İTİRƏRİK" - NATO Baş katibi Avropa liderlərinə açıq tribunadan elə mesaj verdi ki...
Söyüşə görə TV-dən qovulan tanınmış jurnalistin yeni iş yeri bəlli oldu: "Həyəcanlıyam"
Qvardiola "Qalatasaray"la oyunla balı azarkeşlərə səsləndi: "Dəstəyinizə ehtiyacımız var"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Daha bir "TikToker" həbs edildi
Space TV-də gərginlik - "Götürmür, cəhənnəmə götürsün" (VİDEO)
Bakıda qadın iki uşağını gözəllik salonunda qoyaraq gedib
Nigeriya prezidenti Ankaraya gəlir
“Qadın Dəstək Xətti”nə müraciətlərin sayı 2,5 dəfə artıb