"Azərbaycanın 44 yaşlı seksual ulduzu" - Aygün Kazımova xarici məbuatda

img

08-08-2015 [23:24]


"Eurovision" mahnı müsabiqəsi ilə bağlı xəbərlər hazırlayan "Wiwibloggs.com" saytı yeni sorğu keçirib. Mia.az-ın axşam.az-a istinadən məlumatına görə, sorğuda hər ölkənin insanları bir məşhur ifaçının adını çəkib. Həmin ifaçının "Eurovision 2016"da ölkəsini təmsil edə biləcəyi iddiası irəli sürülüb. Saytda yer alan xəbərdə ""Eurovision” başa çatdı. Pərəstişkarların bəzisi nəticədən depressiyaya düşə bilər. Amma növbəti ilin yarışmasına doğru gedirik. Sorğu apararaq ən yaxşı namizədin kimlər ola biləcəyini müəyyənləşdirəcəyik. Bu sorğuya xarici ölkələrdə olan əməkdaşlarımız da cəlb ediləcək”-deyə, bildirilib. Qeyd edək ki, namizədlər sırasına Azərbaycandan xalq artisti Aygün Kazımovanın adı daxil edilib. Yazıda müğənni haqqında bunlar qeyd olunub: "Bu 44 yaşlı seksual ulduz Azərbaycanın ən yaxşı pop ifaçılarındandır. O, müasir estrada musiqisinin banilərindən hesab edilir. Azərbaycanın ən yaxşı ulduzlarındandır. Musiqi karyerasına gənc yaşlarından başlayan müğənninin sinqlları, ən az 7 albomu var. Aygün Kazımova hətta 2012-ci ildə qadınlar arasında keçirilən FİFA U-17 dünya çempionatının himnini də səsləndirib. Onun enerjili, canlı çıxışları möhtəşəmdir. Onun "Eurovision" təmsilçisi olmaq zamanı deyilmi?".

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:00 16.11.2024

Gənc şair necə ölüb?