"Əsas odur ki, polis və prokurorlar qohumluğa görə təyin olunmasınlar..." - Sabiq prezident

img

08-08-2015 [20:27]


"Gürcüstan nümunəsi üzrə hazırlanmış yeni və peşəkar asayiş keşikçiləri artıq avqustun axırı üçün öz işlərinə başlayacaq." 

Musavat.com-un xarici KİV-ə istinadən verdiyi xəbərə görə, bu barədə Odessa vilayətinin qubernatoru Mixail Saakaşvili özünün facebook səhifəsində yazıb. 

"Mən onlarla ünsiyyətdə olmuşam. Əzmkarlıq eşqi ilə dolu qeyri-adi gənclikdir. Ən başlıcası – onların mövcud milisə heç bir bağlılığı yoxdur” -  qeyd edib qubernator.

"Dekabrda onlara yeni, normal prokurorlar qoşulan kimi vətəndaşları müdafiə edəcəklər, nəinki klan maraqlarını. O zaman biz yeni ölkədə yaşayacağıq. Əsas odur ki, polis-prokurorlar qohumluğa görə yox, azad konkurs əsasında seçilsinlər. Bu tamamilə yeni adamlar olacaq” - əlavə edib Saakaşvili.

Digər xəbərlər
SON XƏBƏRLƏR
09:03 27.01.2026

Xırdalanda anbar yanıb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA