Beynəlxalq təşkilat Leyla Yunusun müdafiəsinə qalxdı - Bəyanat

img

08-08-2015 [17:19]


Beynəlxalq hüquq-müdafiəçilərinə Dəstək Fondu Front Line Defenders Leyla və Arif Yunusların məhkəmə prosesi zamanı onların incidilməsinə son qoyulmasına çağırıb.

 "Front Line Defenders" onların səhhəti ilə bağlı çox narahatdır və hakimiyyəti hüquq müdafiəçilərini azadlığa buraxmağa, məhkəmə çəkişməsinə son qoymağa çağırıb. Belə ki, onlara qarşı irəli sürülən ittihamlar Azərbaycanda insan hüquqlarının müdafiəsi üzrə dinc və qanuni fəaliyyətləri ilə bağlıdır”, - bəyanatda deyilir.

Bu bəyanata A.Yunusun məhkəmə iclasları zamanı vəziyyətinin kəskin pisləşməsi səbəb olub. Belə ki, avqustun 3,4 və 6-da o, hipertonik kriz, bir neçə dəfə ürək tutması keçirib və tez-tez huşunu itirib. Həkimlər bir neçə dəfə iynə vurublar, lakin bu, qısa müddətə kömək edib. A.Yunusun, həmçinin həyat yoldaşı L.Yunusun  vəziyyətinin ağır olmasına baxmayaraq, məhkəmə dinləmələri davam edir.

Beynəlxalq müstəqil müşahidəçilər və müstəqil mətbuat nümayəndələri zala buraxılmır. 
Avqustun 6-da prokuror L.Yunusun 11, A.Yunusun 9 il azadlıqdan məhrum edilməsini istəyib. Onlar vergidən yayınmada və dələduzluqda ittiham olunurlar.

Prosesin təxirə salınması barədə çağırışlara baxmayaraq, hakim növbəti iclası avqustun 10-na təyin edib

Digər xəbərlər
SON XƏBƏRLƏR
09:03 27.01.2026

Xırdalanda anbar yanıb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA