Dünya neft bazarında nə baş verir? - Təhlil

img

08-08-2015 [13:15]


İyulun 30-da Moskvada dünya neft bazarının perspektivlərinin nəzərdən keçirildiyi Rusiya-OPEK enerji dialoqunun dördüncü toplantısı keçirildi. Görüş neft qiymətlərinin ikiaylıq düşməsi fonunda baş tutdu. 

Düşmənin əsas səbəblərindən biri artıq istehsaldır. Təklifin tələbatı üstələməsi həcmi hazırda İranın hasilatı ilə - gündəlik 2-2,7 milyon barrellə (müxtəlif dəyərləndirmələrə görə) bağlıdır. Liderlər – ABŞ, Rusiya və Səudiyyə Ərəbistanı hasilatın zirvəsinə çatıb, İraq, Liviya isə tezliklə bunu artıracağını bildirib. Əndişələr çoxaldı ki, sanksiyalar ləğv edildikdən sonra İran tədarükü iki dəfə artıracaq.

ABŞ-ın şistli neft şirkətlərinin "qiymət həssaslığı” aşağı düşüb. Onlar bir il öncə neft hasilatı üzrə layihələrin gerşəkləşdirilməsi üçün hər barrelə görə 70-80 dollara yön götürürdüsə, indiki 50 dollar müqabilində  bəziləri - EOG Resources, Pioneer Resources, Occidental Petroleum və Diamondback Energy və s. yeni layihələr planlaşdırmağa başlayıb. Bu göstərir ki, sahə strukturlaşaraq daha azgəlirli layihələri bağlamaqla effektliliyi yüksəldib.

Eyni zamanda ən böyük neft-qaz şirkətlərinin yatırım fəallığı azalıb. Onlar, demək olar, 200 milyard dollar məbləğində 46 iri layihəni təxirə salıb. Layihələrin əksəriyyəti Meksika körfəzində və Qərbi Afrika sahillərindəki şelf layihələri, həmçinin Kanadada bituminoz qumluqların işlənməsi üzrə layihələrdir.

Təqdim edilmiş məlumatlar göstərir ki, 2015 və çox güman ki, 2016-cı ildə dünya hasilatı yeni hasilata azalan yatırımlar müqabilində zirvədə qalacaq.

Lakin müsbət tendensiyalar da var. Çin iqtisadiyyatı üzrə bir sıra mənfi yeniliklərə baxmayaraq, Səmalar ölkəsində neftə tələbat yetərincə sabit qalır. Hindistanda neftə tələbat çoxalıb. Ölkə hökuməti uzunmüddətli strateji neft ehtiyatlarını artırmağa çalışır.

Ehtimal ki, OPEK ölkələri ilə digər istehsalçılar arasındakı qiymət müharibəsi də sona yaxınlaşmaqdadır. OPEK-lə Rusiya arasında tez-tez baş tutan görüşlər faktı da bu nəticəni təlqin edir. Görüşdə tərəflər net bazarı ilə bağlı görüşlərini yoxlayır və strategiyaları, həmçinin Səudiyyə Ərəbistanının ilin sonunda hasilatı azaltmaq niyyəti haqda meydana çıxan məlumatı əlaqələndirməyə cəhd edir.

Bir sıra xarici ekspertlərin fikrincə, İran amilini dəyərləndirilməsi hələlik emosional xarakter daşıyır və gerçək analizin nəticəsi deyil. İran 2016-cı ilin əvvəlindən tez bazara qayıda bilməz və neft hasilatını sanksiyaöncəsi səviyyəyə qaldırmaq üçün ona bir neçə il və 50 milyard dollar yatırım lazım gələcək – bu şərtlə ki, Amerika Konqresi bağlanmış sazişi bəyənəcək və İran tərəfdən ona əməl edilməsi pozuntusu meydana çıxmayacaq.

WTI neft növünün hər barrelinin qiyməti 50 dollardan aşağı düşəndən sonra Amerika bazarındakı durum da dəyişilib. Qiymətin 60-70 dollardan yuxarı qalxacağını gözləyən banklar şist şirkətlərinin maliyyələşdirilməsini fəallaşdırdı. Nəticədə 2015-ci ilin birinci yarısında şistli neftin kəşfiyyatı və hasilatı üzrə şirkətlərin səhmlərinin qiyməti 2008-2009-cu illərin birgə götürülmüş qiymətinə bərabər oldu. Lakin qiymətlərin ləngidilmiş enməyinin "yeni raund”u Amerikanın şist şirkətləri ilə bağlı neft treyderlərinin əndişəsini artırdı. Onlar son həftə ərzində maksimal həddə qədər "əllərindən gələni” etdilər, qiymətlərin artmasını nəzərdə tutan mövqelərin həcmi 28%-ə qədər endi və hazırda 2010-cu ildən bəri ən aşağı səviyyədədir. Başqa sözlə, neft treyderləri neftin qiymətinin artması perspektivini bədbin qiymətləndirirlər. Belə şəraitdə şist şirkətlərinin kapital cəlb etməyi çətinləşib. Onların bu yaxınlarda səhm yerləşdirməyi çox da uğurlu keçmədi, istiqraz vəsaitlərinin dəyəri isə yüksəldi və hazırda bir çox şirkətlərin rəhbərliyi tərəfindən məşəqqətli hesab edilir. Artıq ən yaxın zamanlarda ən zəif şirkətlərin maliyyəyə çıxışı tamamilə kəsilə bilər.

Balaca şirkətlər hazırda, demək olar, hər həftə öz müflisləşməyi haqda açıqlama verməyə məcbur olur və ən yaxın vaxtlarda neftin qiyməti bərpa olunmasa, bu cür şirkətlərin sayı artacaq ki, bu da ortamüddətli perspektivdə ABŞ-da hasilatın azalmasına gəririb çıxarda bilər.

Amerika mütəxəssislərinin fikrincə, qiymətlərin düşməsi bütün şist sənayesində iş yerlərinin ixtisarının yeni mərhələsinə səbəb olacaq. Halliburton və Baker Hughes kimi şirkətlər artıq 27 min işçini ixtisara salıb və bu, gözlənildiyindən iki dəfə çoxdur.

Energy Aspects şirkətininn mütəxəssislərinin dəyərləndirməsinə görə, təklifin artacağını 2016-cı ildən tez gözləmək olmaz. Buna görə də OPEK-in baş katibi əl-Bədrinin Moskvada bildirdiyi kimi, neft qiymətləri uzun müddət hər barrelə 50-55 dollar səviyyəsində qala bilər.(strateq.az)

 Vladimir Blinkov,

Rusiya Strateji Araşdırmalar İnstitutunun aparıcı elmi əməkdaşı

Digər xəbərlər
SON XƏBƏRLƏR
09:03 27.01.2026

Xırdalanda anbar yanıb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA