İlham Əliyev federasiya prezidentini qəbul etdi

img

07-08-2015 [12:36]


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 7-də Beynəlxalq İdman Atıcılıq Federasiyasının prezidenti Oleqario Vaskes Ranyanı və baş katibi Frans Şrayberi qəbul edib.

Oleqario Vaskes Ranya birinci Avropa Oyunlarının açılış mərasimində iştirakını məmnunluqla xatırlayaraq həmin oyunların yüksək səviyyədə təşkilinin və ümumilikdə ölkəmizdə gedən inkişaf proseslərinin, insanların göstərdiyi dost münasibətlərinin onda dərin təəssürat yaratdığını dedi. Beynəlxalq İdman Atıcılıq Federasiyasının prezidenti dünyanın 90 ölkəsindən 1000-dən çox idmançının iştirak etdiyi atıcılıq üzrə Dünya Kuboku yarışlarının da Qəbələdə ən müasir standartlar səviyyəsində təşkil olunduğunu və bu tədbirin idman sahəsində beynəlxalq əməkdaşlığın möhkəmləndirilməsi işinə töhfə verdiyini vurğuladı.

Dövlətimizin başçısı müxtəlif beynəlxalq tədbirlərin, o cümlədən dünya səviyyəli idman yarışlarının keçirilməsi üçün təkcə ölkəmizin paytaxtında deyil, regionlarda da müasir infrastrukturun yaradıldığını vurğuladı və bu baxımdan atıcılıq növləri üzrə Dünya Kuboku yarışlarının Qəbələ şəhərində keçirilməsinin önəmini qeyd etdi.

Görüşdə Beynəlxalq İdman Atıcılıq Federasiyası ilə ölkəmizin müvafiq qurumları arasında əməkdaşlığın uğurlu inkişafından məmnunluq ifadə olundu.

Digər xəbərlər
SON XƏBƏRLƏR
09:03 27.01.2026

Xırdalanda anbar yanıb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA