Gənclər təşkilatının Qazaxıstanda təqdimatı keçirildi - FOTO

img

05-08-2015 [12:39]


Qazaxıstanın  Astana  şəhərində "Gənclərin Resurs Mərkəzləri”ndə  çalışan ekspertlər üçün beynəlxalq təlim kursu keçirilib.

Mia.az xəbər verir ki, Qazaxıstanda beynəlxalq tədbirdə Azərbaycanı Gənclər üçün Təhsil Mərkəzinin nümayəndəsi Nərgiz Qurbani təmsil edib.

Tədbirdə iştirakçı ölkələrdə gənclərlə iş, dövlətin gənclərə dəstəyi, gənclər təşkilatlarının fəaliyyəti və başqa sahələr üzrə məruzələr dinlənilib, fikir mübadilələri aparılıb. 

Gənclər  üçün Təhsil Mərkəzinin  nümayəndəsi  həmçinin  ölkədə müxtəlif  illərdə qəbul edilmiş "Gənclər üçün Dövlət Proqramlarının” vacibliyini vurğulamış, çalışdığı mərkəzin keçirdiyi layihələrin təqdimatını etmişdir.

Təlim çərçivəsində Azərbaycan mədəniyyət gecəsi keçirilib. Gecədə Azərbaycanın tarixi, mədəniyyəti haqqında iştirakçılara məlumat verilib.

Tədbirdə, həmçinin Azərbaycan haqqında videoçarx, mədəni irsimizi əks etdirən slaydlar və milli mətbəximizin nümunələri təqdim edilib

Digər xəbərlər
SON XƏBƏRLƏR
09:03 27.01.2026

Xırdalanda anbar yanıb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA