"Sentyabrın 5-dək ehtiyatlı olun..." - Aşiqlərə və bankirlərə ekstrasensdən xəbərdarlıq

img

04-08-2015 [22:55]


"Astrologiyada Venara sevgi və sevgi münasibətlərini təmsil edir. Venera retroqrad zamanı sevgi həyatına neqativ təsir edir, hissləri dondurur və münasibətlərin inkişafına mane olur. Veneranın retroqrad dövrü 2015-ci il 26 iyul tarixindən başlayıb və sentyabrın 5-ə qədər davam edəcək. Bu dövr yeni tanışlıqlar üçün üçün uğursuzdur. Çünki başlanan yeni sevgi münasibətləri və tanışlıqlar uzun müddətli və möhkəm olmur. Yeni görüşlər üçün uğursuzdur".

Mia.az xəbər verir ki, bu sözləri "LuxLife"-a açıqlamasında azərbaycanlı öncəgörən, Lider televiziyasında yayımlanan "Ekstra hiss" yarışmasının qalibi Lamiyə deyib. 

Onun sözlərinə görə,  Veneranın retroqrad dövr nişan, toy üçün çox uğursuz vaxtdır:

"Bu dövrdə qurulmuş münasibətlər dağılacaq. Veneranın retroqrad dövründə sevgi məsələlərində çətinliklər, eləcə də dostlar arasında anlaşmazlıqlar yaranır". 

Ekstrasens, bununla belə bildirir ki, nə vaxtsa ayrılmış adamların yenidən görüşmək  imkanı yaranır: 

"Venera bu harmoniya və fiziki xarici görünüşdür. Bu ərəfədə köklü şəkildə imici dəyişmək olmaz. Kosmetik əməliyyatlar və kosmetik prosedurlara başlamaq məsləhət görülmür. Qiymətli bəzək əşyaları, bahalı geyimlər və kosmetikalar almaq olmaz. Retroqrad zamanı borc pul götürmək və ya bankdan kredit götürmək üçün uğursuzdur. Bank işçiləri bu ərəfədə müqavilə imzalamaqdan qaçmalıdırlar. Retroqrad Venera zamanı köhnə borclar qaytarıla və ya bonus qazana bilərsiz".

Ekstrasens Lamiyə bildirir ki, iyulun 25-də retroqrad Venera şir bürcünə keçib. Şir bürcündə olarkən retroqrad Venera eqoist hissləri yüksəldir, hissləri yerindən oynadır. Bu vaxt münasibətlərdə mübarizə gərginləşir, hakim mövqə tutma və liderlik vəziyyəti üstünlük təşkil edir. Münasibətlərdə hərənin öz mənafeyini güdməsi və diqqətsizlik ciddi konfliktlərə gətirib çıxara bilər. Eləcə də keçmiş əlaqələrin bərpası mümkündür:

"Merkuri Mars və Veneranın retroqrad dövrü qısadır. Ancaq onlar bizim üçün çox vacibdir. Onların geriyə hərəkətini əsasən biz yaxşı hiss edirik. Bu planetlərin geriyə hərəkəti hal-əhvala, həm xasiyyətə həm hadisələrə həm də ən xırdadan tutmuş bizim üçün vacib olan şeylərə qədər təsir edir".

Digər xəbərlər
SON XƏBƏRLƏR