“BAXCP-nin namizədləri bəllidir”

img

03-08-2015 [16:58]


 "Bu gün artıq İdarə Heyətinin iclasında BAXCP-nin namizədlərinin kimləri olacağını müzakirə etmişik. Namizədlərimiz uzun illərdi siyasi proseslərin içində olan və kifayət qədər cəmiyyətdə tanınan şəxslərdir. BAXCP bu seçkilərə də çox ciddi şəkildə hazırlaşır. Çalışacağıq ki, 125 dairənin böyük əksəriyyətinddən namizəd irəli sürək. Xeyli namizədimiz bəllidir. Və bu siyahı artmaqdadır. Yaxın zamanlarda partiyamızın namizdərlərin kimlər və hansı dairədən irəli sürülməsinin şahidi olacaqsınız” –bu fikirləri mia.az-a BAXCP sədrininin ictimai-siyasi məsələr üzrə müavini Niyaməddin Orduxanlı deyib. 

 Onun sözlərinə görə, BAXCP-nin bu il keçiriləcək seçkilərdə əsas şüarı "dördünücü respublika”nın qurulması olacaq:”Bilirsiniz ki, 2013-cü ildə bizim liderimiz prezidentliyə namizəd Qüdrət Həsənquliyevin seçkidə əsas şüarı "Dördünücü Respublıka”nın qurulması idi. Yəni, biz fikirləşirik ki, növbət prezident seçkilərinə , yəni 2018-ci ilə qədər konistitsion islahatlar aparılmalıdır. Ölkə parlament isul-idarəetməyə keçməlidir. Altıncı çağrışa qədər 50% proporsional seçki sistemi və 50 % isə mojaritar seçki sistemi ilə formalaşmalıdır. Bundan sonra isə parlament tam proporsional seçki sistemə keçməlidir. Həmçinin də höküməti parlamentdə qalıb gələn partiya formalaşdırmalıdır. Biz bir partiya olaraq cəmiyyətdə uzun illərdi ki, bu sistemə keçidin tərfadarı kimi çıxış edirik. Və bütün seçkilərdə də bunu əsas şüarımız kimi götürürük. Diqqətinizə çatdırım ki, hələ 2007-ci ildə BAXCP parlament üsul-idarəsinə keçidlə bağlı partiyalar arası geniş ictimai müzakirə təşkil etmişdi. Bir çox partiya rəhbərlərinin, o cümlədən indki Müsavat başqanı olan Arıf Hacılının da iştirakı ilə müzakirələr aparmışdıq. Partiya rəhbərlərinin böyük əksəriyyəti bunun tərəfdarı olduğunu qeyd edirdilər. Bir məqamı da xüsusi qeyd etmək istəyirəm ki, partiyamızın təklifindən 2 il sonra qonşu Gürcüstan Respublikası parlament üsul-idarəetməyə keçdi. Artıq bu gün Ermənistanda da bunu ictimai müzakirəyə çıxardıblar və onlar da parlament üsul-idarəetmənin tərfdarı kimi görünürlər. Düşünürəm ki, BAXCP tək Azərbaycanda deyil, cənubi Qafqazda ən parlaq partiyalardan birinə çevrilib. Liderimizin apardığı rasional siyasət nəticəsində biz buna nail olmuşuq. Biz bu seçkidə də çalışacağıq ki, xalqdan ideyalarımızın gerçəkləşməsi üçün səs alaq. İnanıram ki, BAXCP bu seçki ciddi uğur qazanacaq”.

Digər xəbərlər
SON XƏBƏRLƏR
09:03 27.01.2026

Xırdalanda anbar yanıb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA