"Artıq nəfəs ala bilmirəm, Arif Alışanovun fironluğuna son qoyun... - Jurnalist fəryadı

img

30-07-2015 [18:12]


"Əziz Dostlar, son durumu diqqətinizə çatdırıram, artıq nəfəs belə ala bilmirəm. 9 ildir həftənin 7 günü işlədiyim AzTV-nin qapısından çıxanda polislər saxladılar. Üzr istəyib, dedilər ki, biz utanırıq, amma rəhbərlik tapşırdığı üçün çantanızı yoxlayıb, telefonla şəkillər çəkməliyik, yoxsa bizi işdən qovacaqlar.

Təsəvvür edirsinizmi, 4 televiziyaya (ITV-də daxil) rəhbərlik edən AzTV sədri Arif Alışanovun hərəkətinə yəqin ki, 1937-ci ildə də rast gəlinməyib. Bloknot, kitab, qələm və bura gəldiyim gündən reportajlarımı köçürdüyüm, öz pulumla aldığım şəxsi kasetim, qəzet və s. Kasetimi aldılar ki, baxılmalıdır, tapşırıq belədir. Sonra da dedilər ki, xahiş edirik sabah səhər vəsiqəni qapıya gətir, səhər təhvil verməsək, işimizi itirərik. Sizə həmişə böyük hörmətimiz olub, utanırıq, tapşırıq belədir. Dönə, dönə üzr istəyən polisləri yaxşı anladım, amma evə necə gəlib çıxdığımı bilmədim. 

Qrup yoldaşım Aygün Muradxanlı məni həmkarlarımdan dəstək istəməkdə günahlandırır. Kimisə dəstək verməyə məcbur etmirəm, amma 16 yaşımdan bu Dövlətə, Milli Maraqlarımıza, Cənab Prezidentin apardığı siyasətə xidmət etmişəm! 

Ağanisə Sultanova

Bu gün, daha doğrusu, 2 ildir ki, AzTV sədri Arif Alışanovun ədalətsizlikləri ilə bağlı cənab prezidentə müraciətimə görə mənəvi terrorla üz-üzəyəm, ötən il maşın qəzasından sonra aldığım xəsarətin fəsadı özünü göstərir! 

Cənab prezident, son ümidim Sizə, Sizin Ədalətinizədir, xahiş edirəm, jurnalist, vətəndaş kimi hüquqlarımın bərpa olunmasında yardım edin! Arif Alışanovun fironluğuna son qoymağınızı xahiş edirəm, artıq nəfəs ala bilmirəm.

Ağanisə Sultanova,
AzTV-nin Ictimai-Siyasi Proqramlar Baş Redaksiyasının keçmiş əməkdaşı



Digər xəbərlər
SON XƏBƏRLƏR