Flora Kərimova 57 il əvvəl: 17 yaşlı həvəskar müğənni və... - VİDEO,FOTO

img

24-07-2015 [15:15]


Azərbaycan estrada musiqisinin canlı əfsanəsi Flora Kərimovanın 1958-ci ildə lentə alınmış videoyazısı üzə çıxıb.

Mia.az Anspress-ə istinadən məlumat verir ki, korifey sənətkar Rəşid Behbudovla Flora Kərimovanın 57 il əvvəlki arxiv videosu böyük müzakirələrə səbəb olub.

Dünən 74 yaşı tamam olan xalq artistinin 17 yaşlı görüntüsü görənləri az qala şoka salıb. Heç kim bu çirkin qara qızın gözəllər gözəli Flora xanım olduğuna inanmaq istəməyib. 

Flora Kərimova 57 il əvvəl: 17 yaşlı həvəskar müğənni, çirkin qara qız...
17 yaşlı Flora Kərimova 

1958-ci ildə lentə alınmış kadrlarda müğənnilər dünya xalqlarının mahnılarını ifa edirlər. Böyük sənətkar Rəşid Behbudov populyarlığını bu gün də itirməyən məşhur türk mahnısı "Halvaçı"nı oxuyur. Sənətə yeni gəlmiş Flora həvəskar müğənni kimi təqdim edilərək səhnəyə dəvət edilir. Tamaşaçının tanımadığı 17 yaşlı Flora Kərimova ərəb mahnısı ifa edir. O vaxtlar artıq öz sözünü demiş Rəşid Behbudov kimi bir səhnədə çıxış edən yeni çıxmış müğənninin peşəkar ifası alqışlarla qarşılanır. 


Flora Kərimova - 1958-ci il

Digər xəbərlər
SON XƏBƏRLƏR