Azərbaycan teatrının əfsanəsi - Səyavuş Aslan (FOTOLAR)

img

27-06-2015 [19:20]


27 iyun Səyavuş Aslanın Anım günüdür.

Mia.az xəbər verir ki, Azərbaycan realist aktyor məktəbinin görkəmli nümayəndələrindən biri olan Aslanov Səyavuş Məmmədağa oğlu 1935-ci il sentyabr ayının 5-də Bakıda doğulub. Aktyorluğa həvəskar kimi dram dərnəyindən başlayıb. 1954-cü ildə az müddət musiqili komediya estrada truppasında, 1958-ci ildə Quba Dövlət Dram Teatrında işləyib.

Uzun illər Azərbaycan Dövlət Musiqili Komediya Teatrının aparıcı aktyorlarından idi. Bir müddət həmin teatrın bədii rəhbəri işləyib (1994-1996) və bir çox obrazların mahir ifaçısı olub. Televiziya tamaşalarında yüzdən çox obraz ifa edib.

Səyavuş Aslan teatr və kino yaradıcılığındakı səmərəli fəaliyyətinə görə 1974-cü ildə Azərbaycan Respublikasını əməkdar artisti, 1982-ci ildə xalq artisti fəxri adları ilə təltif olunub. Prezident təqaüdçüsü idi. 25 iyun 2013-cü ildə "Şərəf" ordeni ilə təltif edilmişdi. Son filmi "Adam ol" filmidir.

Ağır xəstəlikdən sonra 27 iyun 2013-cü ildə Bakıda vəfat edib. O, Azərbaycan teatrının əfsanəsi olaraq, daim xalqın qəlbində yaşayacaqdır.

Allah rəhmət eləsin!

Mia.az






Digər xəbərlər
SON XƏBƏRLƏR