22-06-2015 [16:46]
Müğənni Xuraman Şuşalının Aile.lent.az-a müsahibəsini təqdim edirik.
- Nə zamansa təsəvvür edirdin ki, Xuraman hicabda, üç uşaqla parka gəlib, onlara nəzarət edir, onlarla vaxt keçirir?
- Xeyr! Heç vaxt təsəvvür etməzdim. Əvvəllər xəyalımda özümü dünyada tanıtmaq, təmtəraqlı, zər-xaralı bir ulduz həyatı təsəvvür edirdim. Amma o həyat üçün də mübarizə aparmırdım. Görünür qismətdə bu imiş.
- Təmtəraqlı həyata gedən yoldan fikrin necə döndü?
- O həyatdan, insanların saxtalığından bezdim, dünyanın faniliyini anladım. Nəyəsə, kiməsə, pula, var-dövlətə görə insan günahlı həyat yaşamamalıdır. Rahat həyat yaşamalıdır. Üç ildir hicabdayam. Hicaba keçəndə artıq mən dünyanın faniliyini anlamışdım. Dünyanın var-dövlətinə görə insan nə canından keçməlidir, nə xoşbəxtliyindən, nə də günaha batmalıdır.
- Hansı bir məqam, ya kim səni o həyatdan vaz keçməyə vadar etdi?
- Uşaqlıqdan hicaba gəlmək istəyirdim. Amma məndə o dərəcədə güc olmayıb. Elə bilirdim ki, bunu edə bilmərəm. Başımı bağlamaq mənə o qədər çətin görünürdü ki… 2005-ci ildən namaz qılırdım. Arada mədrəsəyə, cümə namazlarına gedirdim. Ətrafımdakı möminə xanımlar hicaba keçməyimi deyirdilər. Amma heç kimin sözü mənə təsir etmirdi. Sonra Allaha and verdim ki, məni özbaşına buraxma və məni hicaba keçir. Dedim ay Allah, mən belə hara gedirəm? Sən mənə ailə, övladlar, ruzi vermisən. İnsan istədikcə Allah verir. Bəs, Allah istədiyini insan verirmi? Mən vermirdim. Namazı qəzalarla qılırdım, ordan namaz qılırdım, burdan günah edirdim. Qısa yubka geyinirdim, içki məclislərində oxuyurdum. Məni ən çox səviyyəsiz, içkili insanların qarşısında oxumaq iyrəndirdi. Nə məcburdur ki, pula, brilyanta görə hansısa axmağın qarşısında oxuyum? Artıq içki məclislərində pörtlənmiş sifətləri görməyə gücüm çatmırdı, şəxsiyyətimə sığışdırmadım. Bir də Allahın qəzəbindən qorxdum. Qorxdum ki, Allah mənə verdiyi övladı alar.
- Qısa ətəkdə efirə çıxan Xuraman qəfildən hicabda göründü. Ailə qurmağın da bu addımın kimi gözlənilməz oldu.
- ANS telekanalında mənim haqqımda "Evə gəl” verilişi çəkildi. Verilişin rejissoru Elçin idi. Onu tanımırdım. Bir gün zəng vurub belə bir veriliş çəkmək istədiklərini dedi. Gün təyin etdik. Çəkiliş günü mənim yadımdan çıxmışdı. Zəng vurub yadıma salanda bir saata hazırlaşıb ANS-ə gəldim. Elçinə yalnız verilişin rejissoru kimi baxırdım. Amma çəkiliş zamanı namaz vaxtı namazını qılması gözümdən yayınmadı. Mənə çox xoş gəldi. Rəhmətlik anam da mənimlə idi. O da buna fikir verib. Sonra dəniz kənarında, bizim evdə çəkilişlər oldu.
İllər öncə mən bir xanıma sual vermişdim ki, insan bir insanın onun qisməti olmasını necə bilə bilər? Xanım demişdi ki, o insan qarşına çıxanda elə bil sənə deyəcəklər ki, "bu, sənin qismətindir”. Novxanıda dəniz kənarında oturanda sanki kimsə mənim qulağıma dedi ki, "bu oğlan sənin qismətindir”. Əslində nə Elçin mənə fikir verirdi, nə də mən ona. Mən Xuraman Şuşalı olaraq fikirləşirdim ki, ailə quracağım insan məndən qat-qat imkanlı, qazancı çox, bir sözlə, oliqarx olmalıdır. Xəyalımda cavan, gözəl, imkanlı, məni dəli kimi sevən ağ atlı oğlan idi. Çəkilişlər bitdi. Elçin bizim maşında idi. Onu yolda düşürdük. Cümə günləri mənə "Cümən mübarək!” mesajı yazardı. Bilirdi ki, mən də namaz qılıram. Arada mənə zəng edirdi, deyirdi "qulluğunda hazıram”. Mən də öz-özümə təəccüblənirdim ki, "bu, niyə mənə zəng edir axı?” 2010-cu ildə Kərbəla ziyarətinə getdim. Qayıdanda Elçinə də hədiyyə almışdım. Hədiyyəsini vermək üçün mesaj yazdım, amma cavab vermədi. Kərbəladan gəldiyim günün səhəri yenə ANS-də İrəmin "Uşaqdan böyüyə” verilişinə çəkilməyə getdim. Gördüm Elçin də ordadı. Amma bu dəfə fikir verdim ki, məni görəndə özünü qəribə apardı, tez-tez saçlarını arxaya edirdi. Mənim də diqqətimi cəlb etdi ki, yaraşıqlı, göyçək oğlandır. Amma ağlımın ucuna belə gəlməz ki, Elçin məni sevər. Günlərin birində Elçinə zəng vurub görüşə çağırdım. Görüşməkdə məqsədim bu idi ki, ona prodüserim olmağını təklif edim. Söhbətimiz alındı. Ancaq Elçin 500 manatlıq iş təklifimi qəbul etmədi. Sonra aramızda dostluq yarandı.
- Dostluq sevgiyə necə keçdi?
- Getdikcə hiss edirdim ki, telefonla çox danışırıq. Onun zənglərini gözləyirdim. Səhərədək danışırdıq. Artıq bilirdim ki, mənə hissləri və münasibətləri başqadır. Mən evə getmək istəyəndə vaxtı uzadırdı. Amma əlim əlinə dəymirdi. Çünki ziyarətə gedəndə tövbə etmişdim ki, heç bir kişinin əli əlimə dəyməyəcək. Getdikcə hiss edirdim ki, onun üçün darıxıram. Bir gün məni sevdiyini etiraf etdi. Mənsə artıq onun üçün ölürdüm (gülür). Amma özümü sındırmırdım. Həmişə deyirdim ki, yox, biz dostuq. Ancaq Elçin üçün ürəyim gedirdi. May ayından görüşməyə başladıq, avqust ayında toyumuz oldu. Amma 2 ilə yaxın idi tanış idik.
- Qısa zamanda sənin inamını necə qazandı?
- Dost olsa belə, istənilən kişi mənim kimi xanıma çönüb bir dəfə də olsa baxa bilərdi. Əgər mənim kimi xanıma gözünün ucu ilə də baxmadısa, ona etibarım yarandı. Bildim ki, bu insan xəyanət etməz, nəfsi yoxdur. Elçin razılaşıb mənimlə işləyə də bilərdi. Əlavə gəlirin nəyi pisdi ki? Amma Elçin mənim təklif etdiyim puldan imtina etdi. Onda başa düşdüm ki, ona etibar etmək olar.
-Müğənni və diqqət mərkəzində olan xanımın ailə qurması üçün seçim etməsi asan olmaz. Çox götür-qoy etdin?
-Əvvəlcə mənim məqsədim Elçinə ərə getmək deyildi. Sadəcə, istəyirdim mənimlə işbirliyi olsun. Bir tərəfdən də onun mənimlə işləmək istəməməsi xoşuma gəldi. Bundan sonra da onun sevgisini hiss etməyə başladım. Məni qısqanırdı. Ulduz kimi geyinirdim. Səhnə geyimi ilə görüşürdük. Hiss edirdim ki, istəmir mənə baxsınlar. Mənə salam verən insana əsəbi formada baxırdı. Elçin də mənim haqqımda adi bir müğənni kimi düşünürmüş. Amma biz görüşdükcə, danışdıqca o da məni tanıdı. Anama dedim ki, məni bir oğlan sevir, bizə elçi gəlmək istəyirlər. Anam soruşmadı kimdir. Dedi ki, "bilirəm kimdir. Sənin haqqında veriliş çəkən oğlandır”.
- Niyə münasibətlərinizi gizli saxlayırdınız?
- Çünki Elçin istəmirdi. Mən əslində sevincimi bölüşən insanam. Bəlkə də mən bizim münasibətləri hamıya deyərdim. Amma Elçin icazə vermirdi. Ətrafımda olan yalnız iki insan kiminlə görüşdüyümü bilirdi. Bəlkə də bu işi çox adam bilsəydi, çox maneələr olacaqdı.
- Toyunuz da çox dar çərçivədə keçdi…
- Elçin o cür istədi. Düzünü desəm, mənim üçün toyum da bir reklam idi. Amma Elçin razılaşmadı. Ağa deyir sür dərəyə, sür dərəyə. Mən də düşündüm ki, önəmli olan ailə həyatımdır. İstəyirdim toyumuz oktyabrda olsun. Amma Elçin dedi ki, "toyumuz ya indi olacaq, ya da heç vaxt”. Toyun vaxtını da çox dəyişmişdim. Ətrafımdakı insanlar zarafatla deyirdi ki, "toy günü Xuramanı şou proqrama çağırsalar, gəlinlik geyimində gedəcək” (gülür). İşimi, pulu çox sevirdim. Amma Allaha min şükür ki, indi pulda gözüm yoxdur. Hər zaman həyatımda birinci yerdə işim olub. İndi isə artıq ailəm və övladlarımdır.
- Dediyin kimi, qazancın az olmayıb. Hər zaman yaxşı gəliri olan bir müğənni sıravi bir rejissorla ilə həyatı qurandan sonra çətinlik yaşamadı?
- Xeyr. Əsla. İlk növbədə Allah mənim nəfsimi aldı. Bəlkə də nəfsim olsaydı, yaşaya bilməzdim. Bəlkə də murdar nəfsim qalsaydı, taleyimlə barışmazdım, hicaba keçməzdim. Hicaba keçəndə Allaha and verdim ki, əgər nə zamansa başımı açacağamsa, əvvəlcə canımı al, mən dünyadan hicabla köçüm. Övladlarımın üçünü də bir-birinin ardınca dünyaya gətirməyi planlaşdırmamışdım. Allahın qismətidir. Uşağı tələf etmək çox böyük günahdır, insan öldürməyə bərabərdir. Oğlum 7 aylıq olanda qızıma hamilə qaldım. Oğluma ana südü verirdim. Düzdür, bəzi həkimlər dedi ki, ola bilər uşağın şikəst doğulsun. Amma mən Elçinə də dedim ki, Allahın verdiyi payı dünyaya gətirəcəm. Lap xəstə olsa belə, o, mənim balamdır. Allah demək belə məsləhət bilib.
- Qadın məclislərində iştirak edirsən, iş qrafikin çox sıxdır. Uşaqlara baxmaqda kim kömək edir?
- Arada bacım, arada xalam. Xalam deyir tez-tez yuxuda görürdüm ki, anam ona deyir ki, "Xuramanın uşaqlarına bax”. O xalamla aramızda başqa bir bağlılıq var. Qızım Surənin adı anamın anasının adıdır. Anam bu adı götürməyə heç kimə icazə verməyib. Təkcə mənə icazə verdi.
- Yəqin ki, Elçindən əvvəl sənə evlilik təklif edən olmuşdu…
- Təbii ki, olmuşdu. Amma mənim üçün önəmli olan bu günüm və gələcəyimdir. Keçmişim keçmişdir. İstəmərəm ki, mənim işlətdiyim hər hansı cümlə və ya söz Elçinin ürəyini bulandırsın. Ailə qurandan sonra heç vaxt düşünməmişəm ki, kaş bir daha fikirləşərdim. Anam deyirdi, sənə heç kim dözməz ki, Elçin dözür. Anam Elçini çox sevərdi. Bəlkə Elçin mənə əl qaldırsaydı belə, o, heç nə deməzdi, ona da göz yumardı. Elçin onun qəlbinə girmişdi. Deyirdi, mənim iki oğlum var. Elçinə qarşı başqa sevgisi vardı.
- Elçinin ailəsinin sənə münasibəti necədir?
- Onlar icazə verməsəydi yəqin ki, biz ailə qura bilməzdik. Onlarla münasibətim yaxşıdır. Şükür ki, mehribançılıq var.
- Elçinlə mübahisəniz daha çox nə ilə bağlı olur?
- Uşaq üstündə. Elçin uşaqlara qarşı çox ciddidir, amma mən yox. Bizim söz-söhbətimiz ancaq duzsuz mövzularda olur (gülür). Qısqanclıq üstündə heç vaxt mübahisə etmərik. Amma ona hər zaman nəzarət edirəm. İşlədiyi yerlə, ətrafı ilə maraqlanıram. O da hər zaman deyir ki, "Xuraman, başqa gözlərə baxan gözlər kor olsun!”. Deyirəm "Elçin, əgər məndən başqa qadına baxarsansa, Allah səni rəzil etsin!”. Deyirlər ki, başqasının telefonuna baxmaq tərbiyəsizlikdir, amma mən onun telefonlarına baxıram, "facebook” səhifəsini, yazışmalarını yoxlayıram. Düzdür, inanmıram, nəsə tapım, amma yoxlayıram. Qısqanclıqdan deyil, sadəcə maraqlanıram. Elçinə qarşı bir qram da olsa şübhəm yoxdur, ona arxayınam. Bilirəm ki, onda ən azı Allah qorxusu var. Elçin heç vaxt xəyanət etməz.
-O da səni yoxlayır?
- Görməmişəm. Ailə qurandan bir telefon nömrəsi işlədirəm. Onun yanında bütün zənglərə cavab verirəm. Bizdə bir-birimizə arxayınlıq var.
Ümidə QƏHRƏMAN
İcra başçısı 31 nəfəri vəzifədən azad edib
Daha bir prezident İlham Əliyevə məktub göndərib - MƏTN
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: saxlanılanlar var
İstanbulda gecə 3 maşına od vurulub
Daha çox şikayət edilən sığorta şirkətləri: "Xalq Sığorta", "Atəşgah Sığorta", "Meqa Sığorta"... - SİYAHI
İsrail Livanı bombaladı - Daha on nəfər həlak olub
Rezidenturaya qəbul imtahanı keçiriləcək - Bu tarixdə
Laçında əkinə yararlı torpaqlar icarəyə verilir
Azərbaycan nefti 12.69 dollar ucuzlaşdı - Neftimiz 90 dollara düşdü
Trampın xüsusi nümayəndəsi İrana hücumun əsl səbəbini açıqladı: "İsrail tək bir bomba ilə məhv edilə biləcək bir ölkədir"
Türkiyədə yenə zəlzələ oldu - 4 bal gücündə
Gəncədə əməliyyat: 33 yaşlı Ədil Ədilov 27 kq heroinla tutuldu
Azərbaycandan Ermənistana daha 11 vaqonluq yük yola salınıb
İran ordusu 3 saat ərzində ABŞ-İsrail bazalarına ağır zərbələr endirdi: "İki tonluq raketlərdən də istifadə olunub"
İsveçrədə avtobusda dəhşətli intihar - 6 nəfər yanaraq kül oldu
QARABAĞIN DAHA İKİ BÖLGƏSİNƏ KÖÇ OLDU
Pentaqondan İranla savaş barədə açıqlama: "140 hərbçimiz yaralanıb"
YENİ YAŞ: NƏ YAXŞI Kİ, MÜƏLLİMƏM!
İranın 4 diplomatı həlak olub - Livanda
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
AFFA Region Liqasında pley-off mərhələsinin püşkü atılıb
Çempionlar Liqası: "Qalatasaray" - "Liverpul" oyununda qapılara 3 qol vuruldu, ikisi sayılmadı (Yenilənib)
Departament müdiri vəzifədən getdi
Türkiyədə vəzifəli şəxs katibə ilə evdə "yaxalandı" və...
Avropa çempionatı: iki güləşçisimiz finala yüksəlib (Yenilənib)
Kanadadakı ABŞ Konsulluğunda silahlı insident: nə baş verib?
Ramazanın 21-ci gününün duası: imsak və iftar vaxtı
İki qanlı futbolçuya futbol ömürlük qadağan olundu - Səbəb
İsrail Beyrutu bombalayıb
İran BƏƏ-ni 9 ballistik raket, 35 PUA ilə vurdu - 6 nəfər həlak olub
Finlandiya prezidenti İlham Əliyevə zəng edib
İsrafçılıq və ehtiyac
İsraildə Azərbaycan vətəndaşları həlak olub (Yenilənib)
Daha bir tiktoker həbs edildi
Gəncənin Baş planı təsdiqlənib
Könül Həmzəyeva axtarışa verildi
Veysəloğlu Şirkətlər Qrupunun ənənəvi “İllik Dəyərləndirmə və Gələcəyə Baxış” tədbiri keçirilib - FOTOLAR
Kartof niyə bahalaşır? - Açıqlama
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Ceyhun Bayramov Kolumbiyanın yeni səfirini qəbul edib
TRAMP "İRANLA GÖRÜŞƏ HAZIRAM" DEDİ, TEHRANDAN RƏDD CAVABI GƏLDİ: "Ağzına yumruq vuracağıq"
“Mənim ailəmin şəxsi həyatına daxil olmayın" - Tahir İmanov vəhhabi olması haqqında iddialara belə reaksiya verdi + VİDEO
Ağdaşda qızı qaçıran oğlan və dostları həbsə göndərilib
Tehranda itkilərin sayı artır - Ən azı 460 nəfər ölüb, 4000-dən çox insan yaralanıb
Aralıq dənizində zəlzələ olub