İlham Əliyevin jurnalistlərə verdiyi dəyər

img

03-06-2015 [13:36]


Ötən gün Azərbaycan Prezident İlham Əliyev "Azərbaycan milli mətbuatının 140 illik yubileyinin keçirilməsi haqqında” sərəncam imzalayıb.

AzVison.az aparıcı media orqanlarının rəhbərlərindən ölkə başçısının sərəncamına münasibət öyrənib.

Fikrini aldığımız media rəhbərləri ölkə başçısının imzaladığı sərəncamı Azərbaycan mətbuatına qayğının, diqqətin nəticəsi kimi qiymətləndiriblər.

APA Holdinqin prezidenti Vüsalə Mahirqızınınsözlərinə görə, Prezident İlham Əliyev heç vaxt mətbuatı yaddan çıxarmır.

"Ölkə başçısı həm jurnalistlərlə görüşlərlə, həm xüsusi təltiflərlə, həm də jurnalistlərə hədiyyə olunmuş evlərlə mediaya diqqətini nümayiş etdirir. Bu sərəncam Azərbaycan dövlətinin KİV-ə olan dəstəyidir.

Ölkə başçısı son çıxışında vurğuladı ki, cəmiyyətdə ictimai nəzarət mütləq olmalıdır. İctimai nəzarətin ən yüksək formasını isə media həyata keçirir. Yəni, prezident mediaya önəm verdiyini bu çıxışı ilə bir daha göstərdi. Mətbuatımızın 140 illiyi ilə bağlı verilən sərəncam mediamızın inkişafına olan dəstəkdir.

"Xalq Cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəylibildirib ki, prezident İlham Əliyev mətbuatın inkişafına böyük töhfələr verib.

"Azərbaycan prezidentinin mətbuatımızın 130 və 135 illiyi ilə bağlı imzaladığı sərəncamın nəticəsi göz qabağındadır. Bu sərəncamın icrası ilə bağlı kifayət qədər ciddi addımlar atılıb. Eyni zamanda Azərbaycan jurnalistlərinin sosial və mənzil problemlərinin həll edilməsi istiqamətində ciddi işlər görülür. Mətbuatımızın 140 illiyi haqqında sərəncam da Azərbaycan prezidentinin mətbuatımıza olan yüksək diqqət və qayğısının göstəricisi kimi dəyərləndirilməlidir. Bu fakt bir daha sübuta yetirir ki, Azərbaycan dövləti milli mətbuatımızın öz tarixi ənənələrinə söykənərək inkişafında maraqlıdır. Dövlətin mediaya verdiyi dəstək jurnalistlərin özünə olan inamın daha da artmasına zəmin yaradır”
.
"Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğluhesab edir ki, prezident İlham Əliyev mətbuatımızın ən böyük hamisi kimi tanınır.

"Cənab prezident hər il Azərbaycanda milli mətbuat gününün bayram səviyyəsində keçirilmsi üçün bir sıra tədbirlərə imza atıb. Hesab edirəm ki, milli mətbuatımızın 140 illliyi ilə bağlı imzalanan sərəncam prezidentin mediamıza diqqət və qayğısının göstəricisidir. Mətbuat əlamətdar bir institut kimi ölkənin ictimai, informasiya həyatında xüsusi rola malikdir. Bunun ölkə başçısı tərəfindən qiymətləndirilməsi hər bir mətbuat işçisini ürəkdən qürurlandırır. Hesab edirəm ki, milli mətbuat bundan sonrakı fəaliyyətində də prezidentin diqqətinə layiq olmağı bacarmalıdır. Çünki, sərəncamda göstərilən müddəalar növbəti mərhələdə mətbuatımızın gücünün, ictimai nüfuzunun artması, jurnalistlərin xüsusi statusa malik peşə sahibi olduğunu göstərməsi üçün yeniliklər yaradacaq və mətbuatımızı keyfiyyətcə yeni mərhələyə daşıyacaq”.

"Bakı Xəbər” qəzetinin baş redaktoru Aydın Quliyevhesab edir ki, ölkə başçısının sərəncamı mətbuatımızın tarixi köklərinə, keçdiyi inkişaf yoluna, həm bugünkü vəziyyətinə, həm də perspektiv inkişaf təmayüllərinə uyğun bir sərəncamdır.

"Sərəncam mətbuatımızın indiyə qədərki vəziyyətinin bir növ xəritəsidir. 140 illik yubiley tədbirləri, həm mediamızın inkişafına dövlətin dəstəyinin yeni bir səhifəsini açacaq, həm də Azərbaycan dövlətinin mediaya verdiyi dəstəyin kamil model kimi dünya dövlətlərinə nümayiş etdirəcək. Həqiqətən dövlətin mediaya verdiyi dəstək medianın inkişafına hesablanıb. Bunu pərdəarxası hər hansı bir görüntüsü yoxdur. Hesab edirəm ki, sərəncamın imzalanması dövlətin medianın inkişafı qarşısında özünün nə qədər məsul hiss etdiyinin əlamətidir. Sərəncam mediamızın inkişafında yeni mərhələ açacaq”.

"İki Sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadəbildirib ki, prezidentin sərəncamı media orqanlarına böyük diqqət və qayğının nəticəsidir.

"Ulu Öndər Heydər Əliyev yenidən hakimiyyətə qayıtdıqdan sonra Azərbaycanda bütün sahələrə olduğu kimi mətbuata xüsusi önəm verildi. Bu gün Azərbaycanda qəzetlər, elektron media orqanları tam sərbəst, demokratik və azad şəkildə fəaliyyət göstərirlər. Hesab edirəm ki, Azərbaycanda dünyanın bir çox ölkələrinə nümunə olacaq bir model formalaşıb.

Təbii ki, bununla bağlı Azərbaycan dövlətinin xüsusi diqqəti və qayğısı var. Qəzetlərin maddi, iqtisadi durumunun yaxşılaşması ilə bağlı Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) yaradılması xüsusi önəm kəsb edir. Eyni zamanda jurnalistlərin mənzil-məişət şəraitinin yaxşılaşması məqsədilə dövlət tərəfindən onlara tam yüksək şəraitə malik yeni mənzillərin verilməsi bütün bunlara bariz nümunədir. Bu, dünyanın heç bir ölkəsində müşahidə edilmir. Bu sərəncam hər bir jurnalistə verilən dəyərli bir töhfədir”.

Digər xəbərlər
SON XƏBƏRLƏR