Qafqazinfo”ya yenidən haker hücumları başlayıb

img

05-06-2015 [11:37]


Qafqazinfo”ya yenidən haker hücumları başlayıb. Təxminən ötən ayın sonlarından başlayan hücum son günlər daha da şiddətlənib. Belə ki, bu gecə sayta saniyədə 150 min packets/s hücum gəlib. Nəticədə isə "Qafqazinfo”nun serverlərindən biri bloka düşüb. 

Hücumdan qorunmaq üçün portalın İT xidməti təhlükəsizlik tədbirlərini artırıb. Bu səbəbdən ölkə xaricindən sayta girişə qadağa qoyulub. Ölkə daxilində də tez-tez girişdə problemlər yaranır. 

Qeyd edək ki, sayta hücumlar hazırda da davam edir. "Qafqazinfo”nun oxucularından yaranmış problemə görə üzr istəyirik və çalışırıq ki, sayt tezliklə əvvəlki vəziyyətinə qayıtsın.

Bir daha oxucuların nəzərinə çatdıraq ki, "Qafqazinfo” hakker hücumlarına ən çox məruz qalan saytlardan biridir. Demək olar, ildə bir neçə dəfə bu cür "sürpriz”lərlə qarşılaşırıq. Lakin son günlər hücumların intensivləşməsini təsadüf hesab etmirik və mənbəyi ilə bağlı araşdırmalar aparmağa çalışırıq. Müvafiq qurumlardan isə bu məqamda bizə dəstək olmalarını gözləyirik.

Digər xəbərlər
SON XƏBƏRLƏR
00:01 27.09.2025

Bu gün ANIM GÜNÜdür

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA