"Ay yazıq, həyatını qaraltmışam..." - Yeni qalmaqal

img

12-05-2015 [17:15]


Xalq artisti Aygün Kazımovanın ANS TV-də yayımlanan "Maşın" realiti-şousunu tərk etməsi məşhur prodüser Tolik və ifaçı Natəvan Həbibi arasında soyumaqda olan müharibəyə yeni təkan verib. 

ANS PRESS-in məlumatına görə, Mehriban Xanlarova səs toplayaraq Kazımovanı layihədən uzaqlaşdırdıqdan sonra, xalq artistinin səs yığa bilməməsində Toliki günahlandıranlar olub. Həbibinin bu ərəfədə sosial şəbəkədə "İndi get yat" yazması, məşhur prodüseri özündən çıxarıb.

Tolikin fikirlərini olduğu kimi təqdim edirik: "Mənə boş-boş yazmayın ki, niyə Aygün Kazımova üçün səs istəməmişəm. Nə olsun ki, prodüseriyəm? Gərək getməyəydi ora! Çünki ehtiyacı yox idi nə o maşına, nə də ki o verlişə. Amma dostunun (red: söhbət Murad Dadaşovdan gedir) sözünü yerə salmayıb qatıldı ora. İndi erməni sifət, qartımış və onun sevgilisi kabinetdə oturub gülürlər, amma anlamırlar ki, Aygun sınmaz qaladır. Nə qədər it-qurd, erməni mügənillər sevinsə də, Aygün elə Aygündür! Ən azından verilişdə SMS səsverməsində uduzub. Hamısı kiminsə sevgilisi, dostu, nə bilim, tanışıdır. Əsas odur ki, mən sizin SMS nədir, nəfəsinizi kəsmişəm. ... sifət Natəvan Həbibi səhifəsində bayram eləyib. Ay yazıq, həyatını qaraltmışam... Məhkəmədə ha məni ud, ha səndən üzr istəyim... Əsas odur, yollarını bağlamışam. Aralıqda qalmısan ay yazıq, evdə oturmaqdan qartımısan. Nə toyun var, nə tədbirin, ay yazıq. İndi get yat!"

Tolik dünən yazdığı bu statusla sakitləşməyərək, bu gün daha kəskin ifadələr işlədib. 










Digər xəbərlər
SON XƏBƏRLƏR
12:00 16.11.2024

Gənc şair necə ölüb?