"Seymur Baycanın ən yaxşı diaqnozunu Elnur Astanbəyli qoyub” - Rəşad Məcid

img

11-04-2015 [20:25]


"Vallah, şəxsən mən Seymurdan əlimi üzmüşəm. İnanmıram ki, ondan nəsə alınsın”.

Mia.az xəbər verir ki, bunu Axar.az-a açıqlamasında AYB-nin gənclərlə iş üzrə katibi Rəşad Məcid deyib:

"Elnur Astanbəyli öz açıqlamasında təxminən belə bir fikir demişdi ki, "Seymur kasıblayıb, istəyir ki, jurnallardan qonorar alsın”. Elnur onu yaxşı tanıdığına görə həqiqəti deyib. Seymur iqtisadi problemləri olan kimi o dəqiqə bunun səbəbini Anar müəllimdə və ya başqalarında axtarır. Seymurun özünə də demişəm ki, həyatındakı uğursuzluqları Anarda və ya başqa adamlarda yox, özündə görməlidir. Öz etdiyi səhvlər barədə fikirləşməlidir. Vaxt olub ki, bütün ədəbi ictimaiyyət düşüb Seymurun üstünə, ancaq mən onu dəstəkləmişəm. O vaxt "525”in manşetində ona yer vermişdik. Məncə, Seymur Baycanın ən yaxşı diaqnozunu Elnur Astanbəyli qoyub”.

Xatırladaq ki, Elnur Astanbəyli Axar.az-a açıqlamasında "İndi Seymur o yazının qisasını, ya da əli çox aşağıdır, "Ədəbiyyat” qəzetində, "Azərbaycan” jurnalında yazılar yazıb qonorar almaq istəyir. Ona görə də Anarla arasını düzəltməyə çalışır”, – demişdi.

Digər xəbərlər
SON XƏBƏRLƏR