Telekanallara xəbərdarlıq: - “Şəhidlərimiz olan günü konsert vermək..."

img

27-01-2015 [12:47]


"Şəhidlərimiz olan günü konsert proqramlarını nümayiş etdirmək – bu məsələdə telekanal rəhbərləri diqqətli olmalıdırlar!”. 

Bunu AZADİNFORM-a açıqlamasında Milli Televiziya və Radio Şurasının (MTRŞ) aparat rəhbəri Toğrul Məmmədov deyib.

O deyib ki, bu cür hərəkət əlbəttə ki, doğru deyil: "Bu cür hallara telekanallar diqqətlə yanaşmalıdırlar. MTRŞ tərəfindən bu cür hallarla bağlı daimi olaraq telekanallara tövsiyələr verilib. Bu cür hallarda isə telekanallar məsələyə xüsusi yanaşmalıdırlar”.

Qeyd edək ki, son günlər cəbhə xəttində düşmən təxribatının qarşısı alınarkən dünən 3 hərbçimiz şəhid olub. Həmin gün isə bəzi telekanallarda konsert tipli proqramlar efirə gedib.

Digər xəbərlər
SON XƏBƏRLƏR