Tanınmış tərcüməçi-yazar Tərcümə Mərkəzinə "üsyan" etdi

img

22-01-2015 [10:18]



Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin təsis etdiyi "Dəf(i)nə yarpağı” Bədii Tərcümə Müsabiqəsinə qəbul edilən tərcümə əsərləri üzrə qalliblərin adlarının açıqlanmasından sonra narazılıq baş qaldırıb.

Mia.az xəbər verir ki, tanınmış tərcüməçi-yazar Nadir Qocabəyli də bir neçə gündür müsabiqənin qeyri-şəffaf kemirilməsi haqda sosial şəbəkələrdə çıxışlar edir. O, Tərcümə Mərkəzinin rəhbərliyinə və onun tərcümələrini qiymətləndirən ekspertlərin, əslində, qeyri-peşəkar olduğunu bildirməklə yanaşı, ölkə mediasının bu olaya səssiz yanaşmasını anlaya bilmədiyini bəyan edib:

"Hardasınız, ay demokratik media nümayəndələri, ədəbiyyat saytları, portalları? 

Niyə ölkənin tanınmış tərcüməçisinin, Dostoyevskinin, Nabokovun, Hamsunun, Kortasarın, Saramaqonun, Marten Pajın, Viciniya Vulfun, Ceyms Coysun, Tomas Vulfun və dünyanın digər nəhəng yazıçılarının əsərlərini dilimizə çevirən adamın narazılığının səbəbini soruşmursunuz? Niyə o müsabiqənin 20-liyə saldığı tərcüməçilərin kimliyi, xidmətləri, işləriylə maraqlanmırsınız? Niyə o siyahıda heç bir tanınmış tərcüməçinin – nə, tutaq ki, Neriman Abdulrahmanlının, nə Saday Budaqlının, nə Zahid Sarıtorpağın, nə Vilayət Hacıyevin, nə İlqar Əlfioğlunun, nə Azad Yaşarın adlarının olmamasıyla maraqlanmır, bunları cəmiyyətə açıqlamaq istəmirsiniz? Niyə redaktorlarınız sizə bu tapşırığı vermirlər? 

Hər şeyi ümumi sözlərlə hakimiyyətin, prezidentin üzərinə atmaq çox asandır, əziz müxalifət mediası nümayəndələri, azad media, Azadlıq radiosu. Amma söhbət konkret məsələdən, faktdan gedəndə nədənsə gözə dəymirsiniz, "böyük siyasətlə” məşğul olur, "xırda söhbətlərə” girişmirsiniz. 
Amma unutmayın, cəmiyyətdə baş verən bir çox proseslər hakimiyyətdən çox, mediadan onun düzgün 
məlumatlandırdığı cəmiyyətdən asılıdır... 

Hələlik ardını yazmayıb, reaksiyanızı gözləyirəm...".

Digər xəbərlər
SON XƏBƏRLƏR