General mükafat verəcək - Tədbir

img

16-01-2015 [19:55]


Sabah Binə Atçılıq Mərkəzinin ərazisində yerləşən Azərbaycan Respublikası Atçılıq Federesiyasının binasında ötən ilin yekunlarına dair tədbir keçiriləcək.

Federasiyadan Mia.az-a verilən məlumata görə, mərasimdə Atçılıq Federasiyanın Baş katibi Bəhruz
Nəbiyevin 2014-cü ilin yekunlarına həsr olunmuş çıxışı  planlaşdırılıb. Çıxışdan sonra ötən il ərzində əldə olunan yüksək nailiyyətlərə görə bir sıra qabaqcıl idmançılara, məşqçilərə, hakimlərə və digər xadimlərə fəxri dimplomlar və mükafatlar təqdim olunacaq. 

Təltif mərasiminin sonunda mükafatları təqdim edəcək Azərbaycan Respublikası Atçılıq Federesiyasının Prezidenti Elçin Quliyevin (Sərhəd Qoşunları Xidmətinin rəisi) çıxışı nəzərdə tutulub.

Sonda isə 2014-cü ildə Azərbaycan Atçılığında baş vermiş mühüm hadisələrlə bağlı filmin nümayişi ilə tədbir davam etdiriləcək.

Onu da qeyd edək ki, tədbir saat 18:00-da başlayacaq.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:23 08.03.2026

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA