"Neyniyim, necə eləyim, mən yatmayım?"

img

14-01-2015 [19:52]


Emin Tarverdiyev, email: [email protected]

Neyniyim, necə eləyim, mən yatmayım? İşdən gələndə imkan olan kimi mürgü vururam, ayılanda da ayılmağıma peşman oluram. Həngamə qopur, aləm dəyir bir-birinə.

Bir dəfə mürgülədim, ayıldım ki, Rusiya yığması yoldaşlıq görüşündə qapımızı "aşsüzən"ə döndərib, Böyükağa Hacıyev "Neftçi"dən gedib.

Bir dəfə ayıldım ki, Berti Foqts millimizi atıb üstümüzə, "cırıb aradan". Bunu oxuyanda tez gözlərimi yumdum, dedim birdən yalan olar, xəyallarım suya düşməsin. Çox şükür ki, real oldu.

Bu dəfə də oyandım ki, millət "feysbuk"da yazır: "Qalxdı!"... Ayə, nə qalxdı, niyə qalxdı, baxdım ki, Tarif Şurası (TF) benzinin litrini 2 qəpik qaldırıb. Düz ediblər, alqışlayıram. Maşınlarda oturub gəzməkdən bəzilərinin boynu çox yoğunlayıb, salam verəndə "pulum yoxdu" cavabı verirlər, belələrinə bu da azdı. Benzinin qalxmasına haray-həşir qaldıranların çoxu da idman yazarları idi. Ay qardaşlar, üçümüzün maşını var, əlli üçümüzün maşını yoxdu, siz niyə vay-şüvən salmısız? Hələ də başa düşmürəm, siz necə idmanın inkişafını istəyirsiz ki, benzinin qalxmasına etiraz edirsiz? Qardaşım, idmanda inkişaf istəyiriksə, maşınla bu alınmaz, düşün o maşınlardan, gəzin, piyada dolanın, mənim kimi ictimai nəqliyyatdan istifadə edin, ayaqlarınız açılsın, metro eskalatorlarında sizin də ayağınızın tozu olsun. Nə isə, fikrimdən yayınmayım.

2015-ci ilin ilk günü 19 yaşlılardan ibarət millimiz yığışıb ədəb-ərkanla getmişdi Sankt-Peterburqa, Valentin Qranatkin turnirinə. Turnirin əvvəlində yaxşı başladılar, dedik ta qalib bizik. Dərindən araşdırsaq, görərik ki, orda top qovan futbolçuların valideynləri də hətta qurban- nəzir deyiblər. Ki, balamızın komandası orda qalib olsun. Turnirin startında nətəri şir kimi nərildədiksə, dedim ta bitdi, qələbələr sıralanacaq. İki oyundan sonra "barıt"ımız tükəndi. Görüb-görəcəyimiz bu oldu.

Şir demişkən, yadıma bir əhvalat düşdü. Bir gün dişi şirlə erkək şir uzanıb özlərini günə verirlərmiş. Bu zaman dovşan gəlir, erkək şirə bir-iki şillə çəkir, düzəlir yoluna gedir. Dişi şir dönür baxır erkək şirə, deyir o səni niyə vurdu? Erkək şir qayıdır ki, fikir vermə, dovşandı da. Gün ərzində bu hadisə bir neçə dəfə təkrarlanır. Axırda dişi şir dözmür, düşür dovşanın ardınca. Dovşan qaçıb girir bir balaca diametrli "turba"nın içinə, borunun o başından çıxır çölə. Dişi şir də eləmir tənbəllik, başını soxur borunun içinə, arxası qalır çöldə. Dovşan gəlir başlayır şiri zorlamağa. Saatlar keçəndən sonra erkək şir görür ki, dişi şir qulaqları sallanmış halda gəlir. Erkək şir acı-acı gülümsəyib deyir: "O balaca "turba"nın yanından gəlirsən, hə?".

İndi də bizimkilər... Turnirə elə hay-həşirlə start verdilər ki... Qələbə eyforiyasından ayılmamış Sankt-Peterburqun, Cənubi Koreyanın "dovşanlar"ı yaman "fıs"ımızı yatırdılar. Ona görə də mən ta belə turnirlərdə millimizin qələbələrinə sevinməyəcəm. Nəticəni, sonu gözləyəcəm. Yoxsa yenə də "dovşanlar" peyda olar.

P.S. Bax, belə şeyləri görəndə məndə də qalxır. Qan təzyiqini deyirəm, e. Zəhrimara qalsın, əsəbdən olur.

komanda.az

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:23 08.03.2026

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA