Prandelli "Qalatasaray"ı "divara dirədi"

img

12-01-2015 [17:48]


"Qalatasaray" klubunun sabiq baş məşqçisi Çezare Prandellinin təzminat məsələsi həll olunmamış qalır.

Qol.Az-ın "Sabah" qəzetinə istinadən verdiyi məlumata görə, italiyalı mütəxəssis İstanbul təmsilçisinin yeni təklifini rədd edib.

"Qalatasaray" klubunun rəhbərliyi Prandellinin vəkili ilə görüşərək ona yeni təklif irəli sürüb. Lakin "sənə 1 milyon avro verək, məsələ həll olunsun, FİFA-ya da şikayət etmə" təklifi Prandelli tərəfindən qəbul edilməyib.

57 yaşlı mütəxəssisin "Qalatasaray"dan təxminən 5 milyon avroya yaxın məbləğ tələb etdiyi bildirilir. "Qalatasaray"da aylıq 190 min avro maaş alan Prandelliyə bu günə qədər cəmi 1,3 milyon avro ödənilib. Onun Türkiyə klubundan alacaqlarının hamısını tələb etməsi "Cim Bom"u çətin vəziyyətə salıb.

Qeyd edək ki, Prandelli məsələ ilə bağlı FİFA-ya şikayət edərsə və borc ödənilməzsə, "Qalatasaray" klubuna ciddi cəzalar verilə bilər.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:23 08.03.2026

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA